Previous Next
Bağla

“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

25-04-2018 14:31
“Texnologiyaların tətbiqi iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

Sənaye məhəllələrində yüksək texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması regionlarda iqtisadiyyatın inkişafında mühüm rol oynayan amillərdən biridir.

Xeberler.az bildirir ki, bu sözləri açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Deputat bildirib ki, 2018-ci ilin I rübündə Azərbaycanda qeyri-neft sənayesində məhsul istehsalı 10 faiz artıb. Qeyri-neft sənaye istehsalının 21,3 faizi emal sektorunun payına düşür ki, bu sektorun da böyüməsində son zamanlar yaradılan sənaye parklarının və sənaye məhəllələrinin rolu çox böyükdür. Emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, hazır metal məmulatlarının istehsalı 2,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,0 dəfə və s. artması bu sektorun gələcəkdə də sürətli artım nümayiş etdirəcəyindən xəbər verir.

Sənaye məhəllələrində yüksək texnologiyaların cəlb olunması ilə yeni istehsal sahələrinin yaradılmasının əhəmiyyətindən danışan T.Mirkişili deyib:

“Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun açılması həm də texnologiyaların regionlara cəlb olunması baxımından da vacibdir. Artıq istifadəyə verilən bu zavod bir tərəfdən Azərbaycana investisiya axınını təmin edir, yeni məhsullar istehsal edir, yeni dəyər yaradır, digər tərəfdən isə yeni iş yerlərinin yaradılmasına təkan verir. İnkişaf edən hər bir ölkədə olduğu kimi, Azərbaycanda da avtomobillərə tələbat artır. Ölkənin iqtisadi potensialı artdıqca, müasir texnologiyalar ilə təmin olunmuş avtomobillərin alınması üçün tələbat yüksəlir. Vergi güzəştlərinin tətbiq olunması avtomobillərin qiymətinin daha münasib olmasına imkan yaradır və onların əlçatanlığını daha da artırır. Dünyanın avtomobil istehsal edən bütün ölkələrindəki təcrübə göstərir ki, avtomobil istehsal edən zavodların mövcudluğu onunla bərabər digər sahələrin də inkişafına təkan verir. Bu, ehtiyat hissələri istehsalı, avtomobillərə xidmətlə bağlı digər sahələrdir. Bu baxımdan sənayenin inklüziv inkişafı təqdirəlayiq haldır”.

Hacıqabulda yaradılan sənaye məhəlləsində Rusiya ilə birgə kommersiya avtomobillərinin yığılacağını da vurğulayan T.Mirkişili diqqətə çatdırıb ki, bu, həm yerli tələbatı ödəmək, həm də qonşu ölkələrə ixrac baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlverişliliyi və coğrafi əhatə dairəsinin geniş olması sənaye məhəllələrində istehsal olunan istənilən rəqabətqabiliyyətli məhsulun ixrac imkanlarını xeyli artırır.

“Bütün bu layihələr isə son nəticədə regionlarda məhsul istehsalının artmasına, yeni iş yerlərinin açılmasına və əhalinin maddi rifah halının yaxşılaşmasına xidmət edəcək”, - deyə Milli Məclisin deputatı bildirib. (AZƏRTAC)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
Azərbaycan Texnoparklarının uğurları davam edir

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019
Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016
Ölkədə  kompüter, elektron və optik məhsulların istehsalı artıb

Ölkədə kompüter, elektron və optik məhsulların istehsalı artıb

18-11-2015
Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb

Azərbaycan son 20 ildə sənaye istehsalını 22 dəfə artırıb

20-10-2023
Naxçıvanda Sənaye Parkı yaradılacaq

Naxçıvanda Sənaye Parkı yaradılacaq

05-06-2023
 Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

13-07-2016
Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

Azərbaycan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub

23-01-2026
 Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

Pirallahı Sənaye Parkı yaradılır-Sərəncam

14-09-2016
Elektron avadanlıqların istehsalçı qiymətləri ucuzlaşıb

Elektron avadanlıqların istehsalçı qiymətləri ucuzlaşıb

14-05-2015
Masallı Sənaye Məhəlləsinin faydası nə olacaq?

Masallı Sənaye Məhəlləsinin faydası nə olacaq?

15-06-2016
Tahir Mirkişili: "Son 5 ildə kartlarla əməliyyatların sayı 12 dəfə artıb"

Tahir Mirkişili: "Son 5 ildə kartlarla əməliyyatların sayı 12 dəfə artıb"

22-06-2023
Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

22-05-2026
Tahir Mirkişili: Türk Süni İntellekti yaradıla bilər

Tahir Mirkişili: Türk Süni İntellekti yaradıla bilər

14-02-2025
Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

Azərbaycanda yeni peyklərin istehsalı mərkəzinin yaradılması planlaşdırılır

11-05-2023
Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb

20-09-2018
Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

25-01-2017
Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

Texnoparklar innovativ iqtisadiyyatın inkişafında mühüm rol oynayır

26-10-2015
“Biznes və investisiya mühiti təkmilləşdirilir”

“Biznes və investisiya mühiti təkmilləşdirilir”

28-09-2016
Azərpoçt Khazar SD markalı avtomobillər alacaq

Azərpoçt Khazar SD markalı avtomobillər alacaq

28-11-2018
Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026
Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

Masallı Sənaye Məhəlləsi yaradılır-Sərəncam

14-06-2016
"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

"Azərbaycan İKT sahəsində ən əlverişli vergi mühitinə sahib ölkə olacaq"

20-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə