Previous Next
Bağla

İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

16-06-2022 20:46
İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar

Elşad Nuriyev İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Xeberler.az məlumat verir ki, bu təyinata qədər Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Elşad Nuriyev BP Azərbaycan, Azpetrol və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. O, ABŞ-ın İndiana Universitetində dövlət maliyyəsinin idarə edilməsi üzrə magistr dərəcəsinə və Harvard Universitetinin Kennedi Məktəbində infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığı üzrə əlavə təhsil almışdır.

Rəvayət Mustafayev Agentlik sədrinin birinci müavini təyin olunub. Bundan əvvəl o “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini işləyib. Rəvayət Mustafayev Azərbaycan Texniki Universitetinin Tikintinin iqtisadiyyatı və təşkili ixtisasını bitirmişdir. Tikinti-planlama sahəsində geniş təcrübəyə malikdir.

Elxan Şiriyev Agentlik sədrinin müavini təyin edilib. O, 2012-ci ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də müxtəlif vəzifələrdə çalışıb. Elxan Şiriyev 2019-cu ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də drektor müavini vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. Hazırda təhsilini ABŞ-da Duke Universitetinin Fuqua Biznes Məktəbində davam etdirir.

Zamir Dibirov Agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də Aqroparklarla iş departamentinin müdiri, “Aqrar Tədarük və Təchizat” ASC-də müdir müavini vəzifələrində çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr pilləsi üzrə təhsil alıb. Avstraliyanın Adelayda Universitetində Aqrobiznes fakültəsinin Qlobal ərzaq və kənd təsərrüfatı ixtisası üzrə magistr dərəcəsi, Hollandiyanın Vageningen Universitetində kənd təsərrüfatı üzrə əlavə təhsil almışdır.

Fuad Məhərrəmov Agentlik sədrinin müavini təyin edilib. Fuad Məhərrəmov  bu təyinata qədər “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini, “Azərbaycan İnvestisiya Şirkəti” QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, Agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir. (Marja)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelekom”da 6 yeni təyinat olub

“AzInTelekom”da 6 yeni təyinat olub

01-04-2022
ASAN Xidmət-ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb

ASAN Xidmət-ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb

23-04-2018
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub

27-08-2024
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025
Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016
Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub

17-09-2021
“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021
"Azərpoçt"a yeni rəhbər təyin olunub

"Azərpoçt"a yeni rəhbər təyin olunub

20-04-2026
"AzInTelecom"a yeni sədr təyin edilib

"AzInTelecom"a yeni sədr təyin edilib

04-02-2022
Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

Selçuk Bayraktar Sumqayıt Kimya Sənaye Parkında olub - FOTO

04-04-2023
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

07-02-2025
Azərpoçt-a yeni baş direktor təyin edilib

Azərpoçt-a yeni baş direktor təyin edilib

10-04-2018
Nazir müşavirinə yüksək vəzifə verib

Nazir müşavirinə yüksək vəzifə verib

15-11-2021
Ramin Quluzadə özünə müşavir təyin edib

Ramin Quluzadə özünə müşavir təyin edib

05-10-2019
Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

Mingəçevirdə Texno Park və Sənaye Parkı yaradılır

27-02-2015
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib

06-09-2024
Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

Azərbaycanda ilk dəfə gəmi istehsalında yerli kabellərdən istifadə ediləcək

08-05-2023
Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR..

Ədliyyə naziri təyin edilən Fərid Əhmədov KİMDİR..

27-02-2024
ADY sədrinə yeni müavin təyin edilib

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024
ASAN xidmət-in daha bir işçisinə Nazirlikdə vəzifə verildi

ASAN xidmət-in daha bir işçisinə Nazirlikdə vəzifə verildi

30-04-2018
ASAN Xidmət-də yeni təyinat

ASAN Xidmət-də yeni təyinat

19-03-2019
"Azərkosmos"da yeni təyinat

"Azərkosmos"da yeni təyinat

11-05-2022
Azərbaycan Texnoparklarının uğurları davam edir

Azərbaycan Texnoparklarının uğurları davam edir

14-08-2019
Sumqayıt Texnologiyalar Parkında yeni Baş İcraçı Direktor təyin olunub

Sumqayıt Texnologiyalar Parkında yeni Baş İcraçı Direktor təyin olunub

22-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə