Previous Next
Bağla

Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

12-07-2023 13:28
Azərbaycanda sənaye istehsalı 2 faiz azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 34,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % az sənaye məhsulu istehsal edib.

Xeberler.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,5 % artıb.

Sənaye məhsulunun 69,5 %-i mədənçıxarma sektorunda, 25,3 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 3,2 % artıb.

Emal sektorunda ağac emalı və ağacdan məmulatların istehsalı 2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 88,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 48,7 %, kağız və karton istehsalı 35,7 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,9 %, poliqrafiya məhsullarının istehsalı 33,3 %, içkilərin istehsalı 26,5 %, neft məhsullarının istehsalı 23 %, hazır metal məmulatlarının istehsalı 21,5 %, tikinti materiallarının istehsalı 20,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16 %, qida məhsullarının istehsalı 11,9 %, maşın və avadanlıqların istehsalı 10,9 %, mebel istehsalı 7,2 %, tütün məmulatlarının istehsalı 7 %, elektrik avadanlıqlarının istehsalı 6,4 %, kimya sənayesi məhsullarının istehsalı 3,1 % artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 18,8 %, əczaçılıq məhsullarının istehsalı 27,3 %, sair sənaye məhsullarının istehsalı 29,0 %, geyim istehsalı 32,9 %, metallurgiya sənayesi məhsullarının istehsalı 33,7 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 37,2 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 17 % artıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023

Ölkədə texnoloji məhsulların istehsalı 7,4 faiz artıb

25-01-2017

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

22-11-2025

Azərbaycanda kompüterlərin istehsalı artıb

25-11-2017

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

25-04-2023

Azərbaycanda kompüter istehsalı azalıb

09-01-2023

Azərbaycanda kompüter məhsulların istehsalı artıb

17-11-2022

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

19-06-2023

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

22-05-2023

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

28-03-2023

Elektron avadanlıqların istehsalçı qiymətləri ucuzlaşıb

14-05-2015

Azərbaycanda kompüter istehsalı 75 faiz artıb

28-09-2015

Ölkədə kompüter və elektron məhsulların istehsalı artıb

18-12-2017

Altı ayda 11,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib

14-07-2018

İKT avadanlıqların istehsalı artıb

15-08-2015

Ölkədə kompüter, elektron və optik məhsulların istehsalı artıb

18-11-2015

Azərbaycanda kompüter istehsalı 4 faizdən çox artıb

21-03-2023

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017

Maşın və avadanlıq istehsalı və metallurgiya sənayesi üzrə iclas olub

17-04-2015

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017

2008-ci ildə İKT sektorunda məhsul istehsalı və xidmətlər 28,4 faiz artıb

27-01-2009

Tacikistan Azərbaycanla sənayenin rəqəmsallaşdırılmasını təklif edib

22-05-2026

Azərbaycanda kompüter istehsalı artıb

13-11-2015

Veb səhifəsi olan müəssisələrin sayı açıqlanıb

08-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə