Previous Next
Bağla

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

09-03-2024 16:37
Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb.

Xeberler.az  İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, bununla bağlı AZTU-da yaradılmış KOB Model Müəssisəsinin, Mühəndis Emalatxanasının və “AzTU Texnoparkı - Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev KOB Model Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.

KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq. Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisənin təlim-tədris audutoriyalarında həmçinin sahibkarlıqla bağlı ilkin biliklər veriləcək.

KOB Model Müəssisənin universitet-sahibarkalıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası ilə də tanışlıq olub.

Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və Milli Aviasiya Akademiyası ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorant tələbələrdir.

Bildirilib ki, “AzTU texnoparkı – Bilişim Vadisi Bakı” şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

28-10-2025

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023

KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

10-07-2023

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

AzTU-da süni intellekt texnologiyalarına həsr olunan görüşü keçirilib

23-11-2023

“Bilişim Vadisi Bakı”ya üzv olan şirkət nümayəndələri ilə görüş keçirilib

15-02-2024

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar

13-11-2024

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə