Previous Next
Bağla

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022 14:58
Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

Dünyanın ən qabaqcıl şirkətlərindən olan Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) Azərbaycan Texniki Universitetində (AzTU) yeni layihəyə başlayıb.

Xeberler.az bildirir ki, icrasına başlanılan “AzTU-Turkish Aerospace, MGP 2023” adlı yeni proqram AzTU tələbələrinə təqdim olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev TUSAŞ-ın təyyarə layihələri, müdafiə sistemləri və digər fəaliyyətləri haqqında tələbələrə məlumat verib. Bildirib ki, dünyanın ən tanınmış şirkətlərindən olan TUSAŞ-ın AzTU-da icra ediləcək proqramının mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin perspektiv inkişafı üçün müstəsna əhəmiyyəti olacaq.  

Proqramda İqtisadiyyat və idarəetmə fakültəsi istisna olmaqla, digər fakültələrdə bakalavriat (IV kurs), magistratura (I və II kurs) və doktorantura səviyyələrində mexatronika, maşın mühəndisliyi, sənaye mühəndisliyi, maşınqayırma, elektrik-elektronika, radioelektronika, proqram təminatı, metallurgiya və materiallar mühəndisliyi, aerokosmik mühəndislik ixtisasları üzrə təhsil alan əlaçı tələbələr iştirak edə bilərlər.

Daha sonra TUSAŞ-ın “Mühəndis Geliştirme Proqramı”nın (MGP) rəhbərləri Seyhan Gül və Görkem Mutallip Şimşek çıxış ediblər. Qeyd olunub ki, mühəndislik ixtisasları üzrə kadr potensialının gücləndirilməsi məqsədilə AzTU və TUSAŞ arasında əlaqələlər daha da inkişaf etdirilir. “AzTU-Turkish Aerospace, MGP 2023” proqramında isə ixtisas istiqamətləri bir qədər də genişləndirilib.

Qeyd edək ki, sözügedən proqrama AzTU tələbələri ilə yanaşı Milli Aviasiya Akademiyasının (MAA) aerokosmik mühəndislik ixtisası üzrə təhsil alan tələbələri və müəllimləri də cəlb ediləcək.

2023-cü ilin fevral-iyun aylarını əhatə edəcək proqram AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

28-10-2025
AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023
AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

06-12-2023
Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

09-03-2024
AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024
Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

Azərbaycanda Türk Dünyası Mühəndislik Mərkəzi yaradılacaq

05-12-2022
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023
AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021
AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023
AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

15-03-2024
AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026
Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

12-10-2019
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

27-01-2023
AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

26-09-2024
Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025
Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

04-04-2023
AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025
AzTU-da yeni tədris mərkəzinin açılışı olub

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

19-07-2022
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

14-08-2021
Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023
AzTU SAP Universitetlər Alyansına üzv oldu

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə