Previous Next
Bağla

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023 09:42
AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin və Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin Türkiyənin müdafiə sənayesi müəssisələrinə və bir sıra universitetlərinə səfəri başa çatıb.

Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), TEİ – TUSAŞ Motor Sanayii A.Ş, Eklemeli İmalat Teknoloji Merkezi (EKTAM), Türk Hava Kurumu Universiteti, Gazi Universiteti, Çankaya Universiteti və Əskişəhər Texniki Universitetində görüşlər keçirilib.

TUSAŞ-da keçirilən görüşdə birgə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb, TUSAŞ-AzTU-MAA arasında işbirliyi protokulunun imzalanması mərasimi keçirilib. TUSAŞ-ın istehsal müəssisələri ilə tanışlıq zamanı sentyabrda AzTU və MAA tələbələri üçün Mühəndis İnkişafı Proqramının (MGP) icrası və görülən işlər müzakirə olunub.

ETKAM-ın rəhbəri professor Mətin Salamçı ilə görüşdə doktorant hazırlığı, alüminium sənayesi istiqamətində birgə layihələrin həyata keçirilməsi, AzTU və MAA əməkdaşlarının məqalələrinin beynəlxalq jurnallarda nəşr olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

TEİ – TUSAŞ Motor Sanayii A.Ş-nin baş direktoru professor Mahmut Faruk Aktiş və nümayəndə heyəti ilə görüşdə TEİ-nin Havacılık Motorları Məktəbində, TEİ və Qəbzə Texniki Universitetinin birlikdə yerinə yetirdiyi Magistr Proqramına AzTU və MAA tələbələrinin qoşulmasına imkan yaradılması barədə razılıq əldə edilib. Daha sonra üçtərəfli müqavilənin imzalanması mərasimi keçirilib.

Türk Hava Kurumu Universiteti ilə tanışlıq zamanı kosmik sənaye sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Türk Hava Kurumu Universiteti-AzTU-MAA arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Çankaya Universitetinin rektoru professor Hadi Hakan Maraş və nümayəndə heyəti ilə görüşdə təhsil və tədqiqat sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və birgə əməkdaşklıq müqaviləsinin hazırlanması barədə razılıq əldə edilib.

Əskişəhər Texniki Universitetində keçirilən görüşdə yeni əməkdaşlıq imkanları, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib. MAA-nın birinci prorektoru Ədalət Səmədovun başçılıq etdiyi nümayəndə heyətində isə MAA-nın Elm-İstehsalat birliyinin direktoru Kamal Əsgərov təmsil olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

28-10-2025

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

09-03-2024

Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

07-03-2024

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub

07-03-2024

AzTU “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır

05-03-2021

Nokia-nın müasir avadanlıqlarla təchiz etdiyi laboratoriya fəaliyyətə başlayır

14-12-2022

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023

AzTU tələbələri “TUSAŞ Lift Up” müsabiqəsinin qalibi olub

06-12-2023

İstanbul Texniki Universitetinin nümayəndələri AzTU-da olub

08-02-2024

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024

AMEA YTP Türk Aviasiya və Kosmik Sənaye Şirkəti ilə əməkdaşlıq edəcək

31-05-2022

AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

AzTU-da Beynəlxalq Reytinq Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

03-05-2024

AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib

26-09-2024

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20-08-2024

Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında Memorandum imzalanıb

18-10-2025

AzTU və Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi arasında müqavilə imzalanıb

12-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə