Previous Next
Bağla

Rəşad Nəbiyev İraqda səfərdə olub

08-12-2023 23:13
Rəşad Nəbiyev İraqda səfərdə olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İraqda səfərdə olub. Xeberler.az nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

Belə ki, nümayəndə heyəti İraq Prezidenti Əbdüllətif Camal Rəşid qəbul edib. O, görüşdə Bakıya rəsmi səfərini məmnunluqla xatırlayıb. Azərbaycanlı nazir səfər zamanı müzakirə olunacaq məsələləri dövlət başçısının diqqətinə çatdırıb. İkitərəfli münasibətlərin bütün sahələrdə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri, dövlət başçılarının birgə səyləri ilə yaradılmış dostluq münasibətləri əsasında inkişaf etdiyi vurğulanıb.

İraqın müdafiə naziri Thabet Muhammad Al-Abbasi ilə görüşdə Azərbaycanın müdafiə sənayesinin potensialı barədə məlumat verilib, ali təhsil naziri Naim Abd Yaser ilə Azərbaycanda ali təhsil alan İraq vətəndaşlarının sayının artırılması müzakirə olunub.

 Səfər zamanı, həmçinin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüş keçirilib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi istiqamətində əməkdaşlıq müzakirə edilib, bu sahədə birgə tədqiqat məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Rəsmi şəxslərlə görüşlərlə yanaşı, Azərbaycan və İraq şirkətlərinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçirilib. Azərbaycan nümayəndə heyəti ölkəmizdə xarici şirkətlər üçün yaradılmış biznes imkanları barədə məlumat verib, İraq şirkətlərini həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. İraq bazarında Azərbaycan investisiyalarının inkişafı müzakirə olunub

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanla İraq arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib

07-12-2023

Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18-09-2024

Nazir Rəşad Nəbiyev BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb

23-06-2021

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

06-08-2021

Azərbaycan və İraq arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib

04-12-2025

Nazir Rəşad Nəbiyev Haluk Görgünlə görüşüb

14-08-2024

Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021

Nazir Estoniya parlamentinin sədri Yuri Ratasla görüşüb

23-05-2022

Nazir Rəşad Nəbiyev Pakistanlı nazir ilə görüşüb

30-01-2025

Azərbaycan və İraq İKT sahəsində əməkdaşlığı müzakirə edib

05-08-2021

Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini DOST mərkəzində olub

20-11-2024

Nazir Rəşad Nəbiyev Levan Davitaşvili ilə görüşüb

15-04-2022

Alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir

23-11-2021

Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

15-11-2024

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023

Nazir Pakistanın aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşüb

18-07-2023

AzTU-nun rektoru Türkiyədə səfərdə olub

26-01-2023

Azərbaycan məhsullarının “Alibaba”da satışı müzakirə olunub

06-02-2024

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024

Rəşad Nəbiyev İranın yol və şəhərsalma naziri ilə görüşüb

14-10-2025

Nazir Rəşad Nəbiyev İsraildə işgüzar səfər edib

07-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə