Previous Next
Bağla

Azərbaycan “Wikipedia”da fəaliyyətini genişləndirəcək

23-02-2011 01:58
Azərbaycan “Wikipedia”da fəaliyyətini genişləndirəcək

“Azərbaycanın “Wikipedia” açıq ensiklopediyasında təmsil olunması, bu resursda Azərbaycana qarşı aparılan informasiya müharibəsinin xarakteri, coğrafiyası, kimlər tərəfindən aparılması ilə bağlı institutda müzakirələr oldu. Qərara aldıq ki, biz bu sahədə fəaliyyətimizi artırmalıyıq”. Bu sözləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

O bildirib ki, “Wikipedia” çox geniş internet şəbəkəsi olduğu üçün Azərbaycan orada yüksək səviyyədə təmsil olunmalıdır: “Əks halda, bu boşluğu Azərbaycanın düşmənləri dolduraraq bizim əleyhimizə iş görür, informasiya müharibəsi aparırlar. Son zamanlar Azərbaycan “Wikipedia”da fəallaşıb. 2007-ci ildə orada ölkəmizlə bağlı 3000 resurs olduğu halda, indi 49 mindir. Bu göstərici yaxşıdır, hətta yazıların sayına görə Azərbaycan Ermənistanı qabaqlayıb.

Amma buna baxmayaraq, yeni-yeni materialların “Wikipedia”da yerləşdirilməsi sürətləndirilməlidir”. R. Əliquliyevin sözlərinə görə, 2001-ci ildə təsis olunan, yanvarın 15-də yaradılmasının 10 ili tamamlanan “Wikipedia” istifadəçilərin sayına görə dünyadakı təxminən 250 min veb-sayt arasında ilk beşliyə düşüb. Hazırda “Wikipedia”da 17 milyon məqalə var. Hər ay “Wikipedia”nın resurslarına 440 milyon müraciət olur, orta hesabla 17 milyard səhifə oxunur. Bu informasiya resursunda təxminən 270 xalq və etnik qrupun informasiyası var.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Wikipedia redaktorlarını ixtisara saldı

30-11-2009

Wikipedia altı milyon dollarlıq ianə yığıb

05-01-2009

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013

“Wikipedia” tələbələrə tapşırıldı

30-11-2010

İngilisdilli Wikipedia 7471 cild kitabda buraxılacaq

19-06-2015

“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib

05-02-2024

Milli Məclisdə Wikipedia-ya nəzarətlə bağlı məsələ qaldırılıb

10-03-2017

AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

15-01-2014

Microsoft öz ensiklopediyasını bağlayır

01-04-2009

Wikipedia 5000 səhifəlik ensiklopediya çap etdirdi

20-06-2009

Wikipedia-nın qurucusu Türkiyəyə gedir

02-05-2017

Google Knol müxtəlif dillərdə danışır

31-10-2008

Dünyanın ən nüfuzlu saytlarının reytinqi

02-12-2010

Wikipedia yeni xüsusiyyət əlavə etdi

03-09-2009

Wikipedia-nı mətn macərasına çeviriblər

19-07-2017

Wikipedia tam şifrlənmiş bağlantılara keçir

17-06-2015

Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

10-12-2008

İnternetin ən məşhur 10 saytı hansılardır?

01-12-2009

Ermənistanda Vikipediya ilə maliyyə vəsaiti ilə təmin olunan şəxslər işləyir

10-03-2009

Wikipedia-nın yaradıcısı yeni sual-cavab xidməti təqdim edib

02-02-2009

Wikipedia rəhbərləri wiki-axtarış sistemini bağlayırlar

01-04-2009

Iyul ayının ən çox ziyarət olunan internet platformaları açıqlanıb

20-07-2019

Çin internet-istifadəçilərin sayına görə dünyada birinci yerə çıxıb

07-10-2008

“Wikipedia”nın 10 yaşı tamam oldu

11-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə