Previous Next
Bağla

Milli Məclisdə Wikipedia-ya nəzarətlə bağlı məsələ qaldırılıb

10-03-2017 14:01
Milli Məclisdə Wikipedia-ya nəzarətlə bağlı məsələ qaldırılıb

Bu gün Milli Məclisdə Wikipedia a internet ensiklopediyasına nəzarətlə bağlı məsələ qaldırılıb.

Xeberler.az Report-a istinadən məlumat verir ki, parlamentin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı  bildirib ki,  Wikipedia  internet resursunda Azərbaycanla bağlı məlumatlar təhrif edilir.

O, bu sahəyə nəzarətin vacib olduğunu qeyd edib:

 “Azərbaycan əraziləri, şəxsiyyətləri ilə bağlı məlumatlar təhrif edilir. Məsələn, Gəncə şəhəri ermənilərin şəhəri kimi göstərilmişdi. Bunlara nəzarət olunmalıdır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov da bildirib ki, Azərbaycanla bağlı məlumatlar təhrif edilir:

“Amma bu məsələləri qanun çərçivəsində həll etmək çətindir. İctimaiyyət burada fəal olmalıdır. Nəzarət orqanlarından tələb etmək doğru deyil”.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, son dövrlərdə Wikipedia-yamötəbər mənbə kimi istinad edilməsi ləğv edilib.

Nazir müavini qeyd edib ki, Wikipedia-da o qədər təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir:

“ Wikipedia istifadəçi tərəfindən yaradılan mənbələrdir və onlar həmin mənbənin özünün qaydaları ilə tənzimlənir. Yəni hər hansı bir milli səviyyədə qanun qəbul edilməsi ilə o məlumatların tənzimlənməsi bir o qədər də real görsənmir.  Wikipedia -da Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda, həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan “Wikipedia”da fəaliyyətini genişləndirəcək

Azərbaycan “Wikipedia”da fəaliyyətini genişləndirəcək

23-02-2011
AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

15-01-2014
“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013
Wikipedia  redaktorlarını ixtisara saldı

Wikipedia redaktorlarını ixtisara saldı

30-11-2009
Wikipedia 5000 səhifəlik ensiklopediya çap etdirdi

Wikipedia 5000 səhifəlik ensiklopediya çap etdirdi

20-06-2009
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib

“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib

05-02-2024
Wikipedia-nın qurucusu Türkiyəyə gedir

Wikipedia-nın qurucusu Türkiyəyə gedir

02-05-2017
Wikipedia altı milyon dollarlıq ianə yığıb

Wikipedia altı milyon dollarlıq ianə yığıb

05-01-2009
Wikipedia  tam şifrlənmiş bağlantılara keçir

Wikipedia tam şifrlənmiş bağlantılara keçir

17-06-2015
İngilisdilli  Wikipedia 7471 cild kitabda buraxılacaq

İngilisdilli Wikipedia 7471 cild kitabda buraxılacaq

19-06-2015
Microsoft öz ensiklopediyasını bağlayır

Microsoft öz ensiklopediyasını bağlayır

01-04-2009
“Wikipedia” tələbələrə tapşırıldı

“Wikipedia” tələbələrə tapşırıldı

30-11-2010
Wikipedia-nı mətn macərasına çeviriblər

Wikipedia-nı mətn macərasına çeviriblər

19-07-2017
Wikipedia yeni xüsusiyyət əlavə etdi

Wikipedia yeni xüsusiyyət əlavə etdi

03-09-2009
Dünyanın ən nüfuzlu saytlarının reytinqi

Dünyanın ən nüfuzlu saytlarının reytinqi

02-12-2010
Google Knol müxtəlif dillərdə danışır

Google Knol müxtəlif dillərdə danışır

31-10-2008
Wikipedia-nın yaradıcısı yeni sual-cavab xidməti təqdim edib

Wikipedia-nın yaradıcısı yeni sual-cavab xidməti təqdim edib

02-02-2009
Azərbaycana qarşı növbəti təxribat

Azərbaycana qarşı növbəti təxribat

06-01-2011
Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

Vikipediyada Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub

10-12-2008
İnternetin ən məşhur 10 saytı hansılardır?

İnternetin ən məşhur 10 saytı hansılardır?

01-12-2009
Wikipedia saxta xəbərlərlə mübarizə aparır

Wikipedia saxta xəbərlərlə mübarizə aparır

26-04-2017
Informasiya əldə edilməsi haqqında Qanun dəyişdirildi

Informasiya əldə edilməsi haqqında Qanun dəyişdirildi

12-06-2012
MEK-in əməkdaşları tərəfindən Vikipediyada tarixi mövzuda yeni məqalələrlə zənginləşdirilir

MEK-in əməkdaşları tərəfindən Vikipediyada tarixi mövzuda yeni məqalələrlə zənginləşdirilir

07-10-2020
 Azercell prezidenti mükafatlandırıldı

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə