Previous Next
Bağla

Azərbaycanda “kontur” sözü tarixə çevriləcək

16-04-2011 13:32
Azərbaycanda “kontur” sözü tarixə çevriləcək

Bir neçə ay bundan əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat-əsaslı ödəmə sisteminə keçməmələrini pislədi. Nazirin bu çıxışından sonra mobil rabitə operatorları əməli işə keçərək danışıq tariflərinin konturla deyil, manat ödəmə sistemi ilə müəyyənləşdirilməsi istiqamətində işlərə başlayıb. Artıq may ayının 1-dən ölkəmizdə fəaliyyət göstərən mobil operatorların manat-ödəmə sisteminə keçəcəkləri gözlənilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə mobil operatorlarla mayın 1-dək manat ödəmə sisteminə keçmələri haqqında razılıq əldə olunduğunu təsdiqləyiblər. Verilən məlumata görə, mobil operatorların mayın 1-dək yeni sistemə keçmələri ilə bağlı nazirlikdə öhdəlik-müqavilə imzalanıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri mobil operator “Azercell Telekom” MMC-dən verilən məlumata görə, şirkət artıq bir ilə yaxındır ki, yeni sistemə keçməklə bağlı texniki hazırlıq işlərini həyata keçirir. Şirkət yaxın günlərdə manat-ödəmə sisteminə keçəcək və bu haqda məlumat mətbuatda öz əksini tapacaq. Məlumata görə, şirkətin kontur sistemindən manat-ödəmə sisteminə keçməsi bu quruma yalnız texniki cəhətdən müvəqqəti çətinlik törədəcək. Belə ki, “Azercell” 15 ildən artıq bir müddətdir ki, kontur ödəmə sistemi ilə fəaliyyət göstərir. Yeni sistemə keçid texniki cəhətdən çətinlik yaratsa da, artıq hazırlıq işləri demək olar ki, yekunlaşıb və “Azercell Telekom” MMC RİTN-nin təyin etdiyi vaxtadək manat-ödəmə sisteminə keçə biləcək.

“Bakcell” şirkəti də RİTN-nin onlar qarşısında manat-ödəmə sisteminə keçmələrini öhdəlik kimi qoyduğunu təsdiqləyib. Şirkətin mətbuat xidmətindən məlumata görə, əslində şirkətdə bunadək də manat sistemi mövcud olub. Ancaq bu, hələlik “Klass” abunəçilərinə aid edilib. Bundan sonra isə manat tarifikasiya sistemi “Cin” abunəçilərinə də aid ediləcək. Belə ödəmə üsulu “Bakcell”in səsli zənglər və digər xidmətlərinə də şamil olunacaq. “Bakcell”dən verilən məlumata görə, yeni sistemə keçidlə bağlı şirkət xeyli vəsait və zəhmət sərf edib. Hazırlıq işlərinin yaxın günlərdə yekunlaşması gözlənilir. Bundan başqa, “Bakcell” şirkəti abunəçilərini yeni manat-ödəmə sisteminə uyğunlaşdırmaq məqsədilə artıq reklam materiallarında “kontur” sözlərini “dəqiqə” və “manat”la əvəzləyib. Yeni ödəmə sisteminə keçiddən sonra “Bakcell”də danışıq tarifləri əvvəlki kimi qalacaq. Şirkətdən o da bildirilib ki, nazirlik mobil opertorlara yeni sistemə keçidlə bağlı son müddət kimi iyunun 1-nə qədər vaxt verib.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən digər mobil operator - Azərfon MMC ilk gündən manat ödəmə sistemi ilə fəaliyyət göstərir.

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov RİTN-nin kontur sistemindən manat-ödəmə sisteminə keçidlə bağlı verdiyi qərarı alqışlayır. Onun sözlərinə görə, hər bir ödənən malın qarşılığında onun dəyər ölçüsü olaraq pul iştirak etməlidir.

“İnsanlar mobil danışığa görə pul ödəyəndə balanslarından 20, yaxud da 30 kontur silinməsi əvəzinə, pulun məbləğinin azalmasının şahidi olmalıdırlar. Bu sistem vətəndaşlarımıza mobil telefonlarının balansına şəffaf şəkildə nəzarət etməyə imkan verəcək. Bu bir növ ədalət düsturudur. Mən RİTN-nin kontur sistemindən manat-ödəmə sisteminə keçidlə bağlı verdiyi qərarı alqışlayıram. Hər bir ödənən malın qarşılığında onun dəyər ölçüsü olaraq pul iştirak edir. Bu başqa cür ola da bilməz. Bu aksiomdur”, - deyə Zahid Məmmədov bildirib. İqtisadçı bəzən ölkəmizə gələn xarici qonaqların mobil telefondan istifadə edən zaman kontur sistemi ilə qarşılaşıb, çaş-baş qaldığının da dəfələrlə şahidi olduğunu qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Pul sisteminə keçən "Bakcell"də konturların aqibəti necə olacaq?

01-05-2011

“Bakcell” mayın 5-də konturlara əlvida deyəcək

26-04-2011

Bakcell Ödəmə Terminallarını quraşdırdı

25-08-2010

«Azərbaycanın mobil rabitə sahəsində «billinq» sisteminin tam tətbiqi üçün vaxt tələb olunur»

24-09-2010

“Bakcell” bu gündən manat tarif sisteminə keçdi - CƏDVƏL

05-05-2011

“BAKCELL” bonus kampaniyasının müddətini uzadıb

13-03-2009

NAZİRİN TƏNQİDİNƏ “AZERCELL”dən CAVAB GƏLDİ

25-01-2011

Bakı rabitə operatoru telefon danışıqları üçün vaxt hesabı ilə ödəmə sisteminin tətbiqinə hazırdır

26-01-2011

"Bakcell" artıq konturların ləğvi ilə bağlı abunəçilərinə xəbərdarlıq etdi

20-04-2011

Bakcell istifadəçilərinə xoş xəbər

16-10-2010

“MilliÖN” ödəmə sisteminə qoşulan maliyyə qurumlarının sayı artacaq

12-09-2013

Catel onlayn-ödəmə sistemini tətbiq edir

21-09-2010

BİZNESİN YENİ NÖVÜ MOBİL ŞİRKƏTLƏRİ “YIXIR”

11-10-2010

Ödəmə kartları satışda

06-01-2011

Elektron xidmətlə bağlı xəbərdarlıq

02-04-2013

«Azericard» Prosessinq Mərkəzi daha bir şirkət üçün onlayn ödəmə sistemini tətbiq edib

26-08-2009

Internet Ödəmə Sistemi artıq Azərbaycanda

02-12-2008

«NLT Telekom» «GoldenPay» sistemi vasitəsilə onlayn ödəmə xidmətini təqdim edib

22-06-2009

ADANET şirkəti onlayn ödəmə xidmətini təqdim edib

12-11-2009

«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

03-08-2010

“Bakcell” yeni kampaniyaya start verir

21-12-2010

«Azercell» abunəçiləri DataKart cihazlarını güzəştli şərtlərlə əldə edə biləcəklər

30-11-2009

“Azərcell” və “Bakcell” SMS qiymətlərini bahalaşdırıb (ARAŞDIRMA)

16-05-2011

Bələdiyyələr elektron ödəmə sistemlərinə qoşulur

26-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə