Previous Next
Bağla

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

23-09-2016 18:30
Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

 Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 

Xeberler.az-ın  məlumatına görə, məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. 

Sənədlə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır.

“ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçiriləcək:

ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

“ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;

istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;

istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ABAD” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını təmin edən “ABAD” publik hüquqi şəxsi yaratmaq və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirmək tapşırılıb.

Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə bu Fərmanın 2.4-cü bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili üçün zəruri tədbirlər görmələri tapşırılıb.

Nazirlər Kabinetinə isə qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Maliyyə Nazirliyinə bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Vergilər Nazirliyinə “ABAD” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014
Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

Ülvi Mehdiyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib

27-04-2018
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
ABAD-ın rəsmi saytı fəaliyyətə başladı

ABAD-ın rəsmi saytı fəaliyyətə başladı

20-04-2017
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018
Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

12-02-2015
Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015
Balakən ABAD-çılarının məhsulu satışa çıxarılıb

Balakən ABAD-çılarının məhsulu satışa çıxarılıb

18-08-2017
Daha bir nazirlikdə islahatlar başladı - Fərman

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019
Azərbaycanda yeni qurum yaradıldı

Azərbaycanda yeni qurum yaradıldı

07-11-2018
İlham Əliyevdən teleradio yayımları ilə bağlı sərəncam imzalayıb

İlham Əliyevdən teleradio yayımları ilə bağlı sərəncam imzalayıb

18-04-2019
Elektron arayışları artıq  bütün dövlət qurumları tanıyacaq

Elektron arayışları artıq bütün dövlət qurumları tanıyacaq

31-08-2015
Prezident “Vətəndaşların müraciətləri haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb

Prezident “Vətəndaşların müraciətləri haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb

13-11-2015
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014
Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır

15-05-2019
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

20-04-2016
Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012
Prezident ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı sərəncam imzalayıb

Prezident ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə bağlı sərəncam imzalayıb

06-09-2016
ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

01-11-2017
Ailə biznesinin yaradılmasına investorlar cəlb ediləcək-Fotolar

Ailə biznesinin yaradılmasına investorlar cəlb ediləcək-Fotolar

29-09-2016
Qanunda dəyişiklik edildi

Qanunda dəyişiklik edildi

16-07-2018
Azərbaycanda daha bir neçə dövlət orqanının idarə edilməsi təkmilləşdirilir

Azərbaycanda daha bir neçə dövlət orqanının idarə edilməsi təkmilləşdirilir

18-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə