Previous Next
Bağla

Ailə biznesinin yaradılmasına investorlar cəlb ediləcək-Fotolar

29-09-2016 15:39
Ailə biznesinin yaradılmasına investorlar cəlb ediləcək-Fotolar

Məlumat verdiyimiz kimi, bir neçə gün öncə  Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 

Xeberler.az-ın əməkdaşı bu gün Masallıdakı "ASAN həyat" kompleksi tərkibində yaradılan ABAD Mərkəzində olub.

Əməkdaşımıza mərkəz haqda geniş məlumat verilib.

Qeyd edilib ki, ABAD (Ailə Biznesinə ASAN Dəstək) - ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, bütün proseslərdə peşəkar yanaşma və innovativ üsullar tətbiq edilməklə müxtəlif təsərrüfatsahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir.

ABAD Mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək verməkdir.

ABAD – Ailə Biznesinə ASAN Dəstək Mərkəzi çərçivəsində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki dəstək verilməsi əsas məqsədlərdəndir. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq.

ABAD-ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabət qabiliyyətli məhsulların istehsalını təmin edən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır. Bununla da mərkəz regional inkişaf proqramına təkanverici qüvvə olmaqla yanaşı, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin və rifah halının artırılmasında da əlaqələndirici və nəzarət funksiyalarının həyata keçirir.

Mərkəz biznes konsaltinq, marketinq, hüquqi yardım, satışın təşkili və bir sıra digər xidmətlər göstərir.

ABAD öz fəaliyyətini fərdi brendləşmə, müştəriyə və təlabata yönümlülük, keyfiyyət, vahid yanaşma və innovasiya prinsipləri əsasında təşkil edir.

Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun olaraq ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir.

Seçilmiş ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunurlar.

ABAD konteynerlərindən biri də kolbasa istehsalı konteyneridir Kolbasa istehsalında gigiyena qaydalarına riayət edilir. ABAD Mərkəzində jem və mürəbbə istehsalı, meyvə-tərəvəz konserləri istehsalı, və süd məhsullarının istehsalı üçün konteynerlər mövcuddur.

Məlumata görə, ilkin mərhələdə pilot olaraq sosial layihələrin həyata keçirilməsi  nəzərdə tutulub. Bunun üçün Prezident də fərmanda  1 milyon manat ayırıb.

Əgər pilot layihə uğurlu olarsa, ikinci mərhələdə bu sahəyə investorların və digər  maliyyə resurslarının da bu fəaliyyətə cəlb ediləcək.

O da qeyd edilib ki, pilot mərhələdən sonra ABAD-ın fondu yaradılacaq, bu fonda cəb olunan maliyyə də yeni istehsal yerlərinin açılmasına yönləndiriləcək.  Bununla da ailələrə öz təsərrüfatlarını biznesə çevirmələrinə dəstək məqsədi ilə maddi-texniki dəstək göstəriləcək. ( Bu barədə ətarflı yazı yayımlayacağıq).

Qeyd edilib ki, fərdi ailə biznesləri ABAD Mərkəzdən müasir texnoloji avadanlıqlar və mütəxəssis dəstəyi almaqla regionların sosial-iqtisadi inkişafında önəmli rol oynayacaq.

 

Məltəm Talıbzadə

Masallı şəhəri

29.09.2016

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ABAD regionların inkişafına təkan verəcək- Reportaj

30-09-2016

Balakən ABAD-çılarının məhsulu satışa çıxarılıb

18-08-2017

ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

01-11-2017

ABAD-ın rəsmi saytı fəaliyyətə başladı

20-04-2017

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

23-09-2016

ABAD sənətkarlıq mərkəzi fəaliyyətə başladı-Foto

18-03-2017

ABAD hava limanında da fəaliyyətə başladı-Video

08-06-2017

ABAD-ın daha bir sərgi-satış mərkəzi açıldı

10-01-2018

“ABAD” məhsulları “Amazon” və “eBay”da təqdim olunub

04-04-2022

İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

03-08-2017

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

19-07-2022

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

ABAD-ın fəaliyyəti Malaziyada təqdim olunub

26-07-2019

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

08-12-2017

ASAN qlobal ticarət platformalarına maraq göstərir

28-02-2024

“AzInTelecom”dan regionlardakı sahibkarlara dəstək

17-02-2026

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

26-09-2025

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

27-04-2020

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

30-05-2023

Azərbaycanda ilk sənaye partlayıcıları zavodu inşa edilir

15-02-2023

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə