Previous Next
Bağla

Balakən ABAD-çılarının məhsulu satışa çıxarılıb

18-08-2017 15:23
Balakən ABAD-çılarının məhsulu satışa çıxarılıb

Balakən rayonunda ABAD tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları paytaxt Bakı şəhərində satışa çıxarılıb.

Bu barədə Xeberler.az-a verilən məlumata görə, ABAD publik hüquqi şəxsdən məlumat verilib.

Təqdim olunan cem və mürəbbə məhsulları beş ABAD-çı ailə tərəfindən hazırlanıb. Məhsullar ABAD tərəfindən ailələr üçün yaradılmış brend adı və uyğun dizayn altında təqdim olunur.

İlkin mərhələdə məhsulları satışa çıxarılmış ailə brendləri aşağıdakılardır: 

“Balməkan” (Bazarovların ailə təsərrüfatı), “Dənə-dənə” (Bağırovların ailə təsərrüfatı), “Yay səbəti” (Əliyevlərin ailə təsərrüfatı), “Bağımızın bəhrəsi” (İbrahimovların ailə təsərrüfatı), “Budaqdan” (Xəlilovların ailə təsərrüfatı).

Bu məhsullar ABAD tərəfindən verilmiş texnoloji avadanlıqlardan istifadə etməklə ailə təsərrüfatlarında hazırlanıb. ABAD-çı ailələrin tərkibində heç bir qatqı olmayan tam təbii məhsulları özünəməxsus dadı ilə fərqlənir. Ailələr mürəbbə və cemlərin hazırlanmasında bağlarından topladığı meyvələrdən istifadə edirlər. Bundan başqa, məhsullar müvafiq uyğunluq və gigiyena sertifikatlaşdırmasından keçiblər.

Beş ABAD-çı ailənin cem və mürəbbə məhsulları hazırda İçərişəhər-də və Heydər Əliyev  Beynəlxalq Hava Limanının “Duty Free” zonasında yerləşən ABAD mərkəzlərində satışa çıxarılıb.

Qarşıdakı müddətdə ABAD-çı ailə təsərrüfatlarının məhsulları böyük supermarketlər şəbəkələrində satışa çıxarılacaq. Bundan başqa, tezliklə ABAD-çı ailələr tərəfindən hazırlanmış ət və süd məhsulları, yeni cem və mürəbbə brendləri istehlakçılara təqdim olunacaq.

Qeyd edək ki, ABAD publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

ABAD publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. İlkin mərhələdə ABAD pilot layihə olaraq, Masallı rayonunda fəaliyyətə başlayıb.

21 oktyabr 2016-cı il tarixdə ABAD və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, ailə biznesinə asan dəstək konsepsiyasının həyata keçiriləcəyi ikinci pilot region kimi Balakən rayonu seçilib.

3 avqust 2017-cı il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Balakəndə regional “ABAD” mərkəzinin inzibatı binasının açılışı baş tutub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

ABAD-çı ailələrin məhsulu onlayn satışa çıxarıldı

01-11-2017
ABAD sənətkarlıq mərkəzi fəaliyyətə başladı-Foto

ABAD sənətkarlıq mərkəzi fəaliyyətə başladı-Foto

18-03-2017
ABAD-ın rəsmi saytı fəaliyyətə başladı

ABAD-ın rəsmi saytı fəaliyyətə başladı

20-04-2017
ABAD hava limanında da fəaliyyətə başladı-Video

ABAD hava limanında da fəaliyyətə başladı-Video

08-06-2017
ABAD-ın daha bir sərgi-satış mərkəzi açıldı

ABAD-ın daha bir sərgi-satış mərkəzi açıldı

10-01-2018
Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

23-09-2016
“ABAD” məhsulları “Amazon” və “eBay”da  təqdim olunub

“ABAD” məhsulları “Amazon” və “eBay”da təqdim olunub

04-04-2022
Ailə biznesinin yaradılmasına investorlar cəlb ediləcək-Fotolar

Ailə biznesinin yaradılmasına investorlar cəlb ediləcək-Fotolar

29-09-2016
 Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

Yelo Bank-dan “ABAD”çılara dəstək krediti

19-07-2022
ABAD-ın fəaliyyəti Malaziyada təqdim olunub

ABAD-ın fəaliyyəti Malaziyada təqdim olunub

26-07-2019
İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

İlham Əliyev Balakəndə ABAD Mərkəz-in açılışında-Foto

03-08-2017
ABAD regionların inkişafına təkan verəcək- Reportaj

ABAD regionların inkişafına təkan verəcək- Reportaj

30-09-2016
Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

Prezident: “250 min xarici “ASAN viza” ilə ölkəmizə gəlib”

08-12-2017
Ailə TV Masazırda

Ailə TV Masazırda

27-10-2015
“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
ABAD xaricdə təqdim edilib-Foto

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də olublar

26-09-2025
Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018
Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Avstriya arasında texnologiya üzrə əməkdaşlıq müzakirə olunub

02-06-2015
“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

24-06-2026
ASAN qlobal ticarət platformalarına maraq göstərir

ASAN qlobal ticarət platformalarına maraq göstərir

28-02-2024
ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019
KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də olublar

KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də olublar

14-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə