Previous Next
Bağla

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025 18:59
Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı və “Bebras”ın Azərbaycan üzrə rəsmi təmsilçisi olan “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə 18–24 noyabr 2025-ci il tarixlərində informatika və rəqəmsal inkişafın təbliğinə yönələn “Bebras” İnformatika və Alqoritmik Düşüncə Müsabiqəsi keçiriləcək.

Xeberler.az bildirir ki, bu barədə İRİA-dan məlumat verilib.

Onlayn formatda təşkil olunacaq müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edə bilərlər. Yarışma zamanı şagirdlər 40 dəqiqə ərzində öz sinif səviyyələrinə uyğun tapşırıqları yerinə yetirəcəklər. Tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqə qurma və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Hazırda müsabiqədə iştirak etmək üçün 1000-dən çox məktəb qeydiyyatdan keçib. Yeni qoşulan məktəblərin nümayəndələrinin hazırlıqlarını dəstəkləmək məqsədilə “ÖzünÖyrən” onlayn təhsil platformasında ödənişsiz “Bebras müsabiqəsində koordinatorluq” adlı xüsusi təlim kursu yaradılıb.

“Bebras” Həftəsi eyni zamanda yarışmanın seçim mərhələsi funksiyasını da daşıyır. Seçim mərhələsində uğur qazanan şagirdlər yarımfinal və final mərhələlərində iştirak edəcəklər.

Sözügedən müsabiqənin keçirilməsində məqsəd heç bir proqramlaşdırma bilikləri tələb etmədən şagirdləri informatika üzrə maraqlı tapşırıqları həll etməyə yönəltmək, onların alqoritmik və hesablama təfəkkürlərini inkişaf etdirməkdir.

Qeyd edək ki, Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik Düşüncə Yarışması ilk dəfə 2004-cü ildə Litvada keçirilib. Yüz minlərlə şagirdin iştirak etdiyi müsabiqə hazırda ABŞ, Almaniya, Fransa, Yaponiya, Türkiyə və digər ölkələr də daxil olmaqla 70-dən çox ölkədə keçirilir.

Azərbaycanda “Bebras” müsabiqəsi 2014-cü ildən etibarən keçirilir. 2024-cü ildə yarışma 60-dan çox rayon və şəhəri, 376 məktəbi əhatə edib və müsabiqədə ümumilikdə 17 564 şagird iştirak edib. Ən yüksək nəticə göstərən iştirakçılar ICPC Dünya Finalı zamanı dəyərli hədiyyələrlə təltif olunublar.

Hazırda müsabiqəyə qeydiyyat davam edir. Daha ətraflı məlumat və qeydiyyat üçün http://bebras.az veb-saytından istifadə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması keçiriləcək

25-11-2024

Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir

01-11-2023

Noyabrda Azərbaycanda Bebras həftəsi keçiriləcək

12-10-2015

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016

İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

04-12-2023

“Bebras” müsabiqəsinin final turu keçirilib

29-04-2026

“Bebras” müsabiqəsinin bağlanış mərasimi keçirilib

04-09-2025

Azərbaycanlılar informatika sahəsində beynəlxalq müsabiqəyə qatılıb

16-12-2014

“Bebras müsabiqəsinin təşkili üçün müəyyən fond ayrılsın”

28-10-2015

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi başlayır

05-03-2025

“AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi keçirilib

14-10-2021

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

20-05-2026

"AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir

25-03-2025

İnformatika və Proqramlaşdırma Müsabiqəsi başlayıb

07-11-2022

Azercell-in dəstəklədiyi gənclərdən beynəlxalq səviyyədə növbəti uğur!

22-10-2025

İnformatika olimpiadasının qalib şagirdləri mükafatlandırılacaq

18-04-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016

İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib

14-03-2016

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025

Azercell Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edir

11-08-2025

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinə qeydiyyat davam edir

12-03-2025

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020

“Məktəblilərarası Milli Hakaton” müsabiqəsinin müddəti uzadılıb

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə