Previous Next
Bağla

“Bebras” müsabiqəsinin bağlanış mərasimi keçirilib

04-09-2025 16:17
“Bebras” müsabiqəsinin bağlanış mərasimi keçirilib

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu Dünya Finalı çərçivəsində “Bebras” informatika və alqoritmik düşüncə müsabiqəsinin bağlanış mərasimi olub.

Xeberler.az məlumat verir ki, mərasim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı, “Kibrit” MMC-nin dəstəyi ilə gerçəkləşib. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament müdiri Vüsalə Qurbanova, “Azercell” Telekommunikasiya Şirkətinin nümayəndəsi Zəhra Əsgərbəyli açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə 29 şagird müxtəlif dərəcəli diplom və mükafatlarla təltif olunub. Müsabiqənin nəticələrinə əsasən 12 nəfər birinci yeri, 11 nəfər ikinci yeri, 7 nəfər isə üçüncü yeri tutub.

Xatırladaq ki, müsabiqənin 2024-cü ilin dekabr ayında keçirilmiş onlayn təsnifat mərhələsində Azərbaycanın 69 bölgəsindən 376 ümumtəhsil məktəbinin 1–10-cu siniflərindən 17 min 564 iştirakçı mübarizə aparıb. Nəticədə 667 şagird yarımfinala vəsiqə qazanıb. 2025-ci il aprelin 12-də keçirilmiş yarımfinal mərhələsində isə 418 şagird iştirak edib və onlardan 100 nəfəri finala yüksəlib. İyunun 9-da keçirilmiş superfinalda 30 nəfər qalib müəyyən olunub.

“Bebras” müsabiqəsi şagirdlərdə alqoritmik düşüncə və riyazi məntiq bacarıqlarının inkişafına xidmət edir, onların gələcəkdə IT sahəsində uğurlu mütəxəssislər kimi formalaşmasına təkan verir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bebras” müsabiqəsinin final turu keçirilib

29-04-2026

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir

01-11-2023

“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması keçiriləcək

25-11-2024

Azercell-in dəstəyi ilə keçirilən ICPC Dünya Finalı başa çatıb

10-09-2025

"Məktəblilərarası Milli Hakaton"un final mərhələsi keçirilib

28-11-2025

Məktəblilər arasında "R.M. 90" proqramlaşdırma müsabiqəsi keçirilib

22-10-2025

Azərbaycanlılar informatika sahəsində beynəlxalq müsabiqəyə qatılıb

16-12-2014

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016

ICPC dünya finalı çərçivəsində qaliblər mükafatlandırılıb

03-09-2025

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsinin finalına hazırlaşır

19-03-2025

İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

04-12-2023

“AZERCELL CUP 2024” müsabiqəsinin qalibləri müəyyən olundu

13-06-2024

“Azercell CUP 2025” müsabiqəsinin nəticələri açıqlanıb

10-07-2025

ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır

29-08-2025

Bakı Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

13-02-2025

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

Noyabrda Azərbaycanda Bebras həftəsi keçiriləcək

12-10-2015

Google SketchUp müsabiqəsinin qalibləri mükafatlandırıldı

14-03-2015

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

“Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

14-05-2025

“Məktəblilərarası Milli Hakaton”un yarımfinalına son günlər qalır

24-11-2025

“AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırıldı

28-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə