Previous Next
Bağla

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019 12:10
Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

Xeberler.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşmə sahəsində tətbiq edilən yeniliklər biznes mühitinə qoşulan investorların sayını artırır. Ölkəmizdə özəlləşmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədən bu sahədə onlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların cəlb edilməsinə geniş imkanlar yaradır. Özəlləşmə xidmətlərinə olan əlçatanlıq da artırılır. Komitənin 41 elektron xidmətindən 10-u özəlləşmə sahəsinə aiddir. Qeyd edilməlidir ki, vətəndaşlar tərəfindən daha çox istifadə edilən xidmətlərin elektronlaşmasına üstünlük verilib.

Onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.
Ümumilikdə hərraclar vasitəsilə dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı edilən
sifarişlərin 310-a yaxını elektron şəkildə həyata keçirilib. Cari ilin 6 ayı ərzində bu rəqəm 75-ə yaxındır. Ümumilikdə olduğu məkanı dəyişmədən, real vaxt rejimində 40-a yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb.

Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 190-a yaxını rəqabətli şəkildə baş tutub. Bunun 62-si isə cari ilin 6 ayı ərzində reallaşıb. Hərraclara çıxarılan dövlət əmlakları barədə ictimai məlumatlandırma komitənin elektron resursları vasitəsilə də aparılır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatın əldə olunması və hərracda iştirak müraciəti üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) mövcuddur.

Hərrac gününə ən azı 30 (otuz) gün qalmış özəlləşdirmə haqqında məlumat komitənin rəsmi mətbu orqanı olan Mülkiyyət qəzetində dərc edilir. Özəlləşdirməni sürətləndirməyə, şəffaflığı və rahatlığı artırmağa yönələn Özəlləşdirmə portalına ilin 6 ayı ərzində 400 minə yaxın baxış olub. Ümumilikdə isə bu rəqəm 2,4 milyonu ötüb. Qeyd olunmalıdır ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə Bakı və regionlarda 83 hərrac keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

01-05-2019
Elektron hərrac sistemi istifadəyə verilib

Elektron hərrac sistemi istifadəyə verilib

03-07-2018
Növbəti elektron hərrac keçiriləcək

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017
Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017
10 dövlət əmlakına 49 sifariş verildi

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018
Dövlət müəssisələrinin hərraclarda satışı xidməti elektron formatda

Dövlət müəssisələrinin hərraclarda satışı xidməti elektron formatda

27-05-2019
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017
Onlayn hərrac keçiriləcək

Onlayn hərrac keçiriləcək

25-06-2018
ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

Növbəti özəlləşdirmə hərracı: 62 dövlət əmlakı üzrə seçim imkanı

18-03-2019
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
60 saniyədə əmlak sahibi olun

60 saniyədə əmlak sahibi olun

16-01-2018
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə