Previous Next
Bağla

Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

01-05-2019 13:21
Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşmə sahəsində tətbiq edilən yeniliklər investorların rahatlıqla biznes mühitində iştirakını təmin edir. Ölkəmizdə özəlləşdirilmə prosedurlarının sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədən bu sahədə onlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların cəlb edilməsinə geniş imkanlar yaradır. Özəlləşmə xidmətlərinə olan əlçatanlıq artırılır. Komitənin 41 xidmətindən 10-u özəlləşmə sahəsinə aiddir. Qeyd edilməlidir ki, daha çox bu sahədə praktiki xidmətlər elektronlaşdırılıb.

Xeberler.az bildirir ki, onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.

Ümumilikdə dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 280-ə yaxını elektron şəkildə həyata keçirilib.Cari il ərzində bu rəqəm 40-a yaxındır. Olduğu məkanı dəyişmədən, real vaxt rejimində 30-a yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 170-ə yaxını rəqabətli şəkildə baş tutub. Bunun 40-a yaxını isə cari ilin payına düşür.

Hərraclara çıxarılan dövlət əmlakları barədə ictimai məlumatlandırma komitənin elektron resursları vasitəsilə də aparılır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatın əldə olunması və hərracda iştirak müraciəti komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı  (privatization.az) ilə mümkündür. Hərrac gününə ən azı 30 (otuz) gün qalmış özəlləşdirmə haqqında məlumat komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qәzetindә də dərc edilir. Özəlləşdirməni sürətləndirməyə, şəffaflığı və rahatlığı artırmağa yönələn Özəlləşdirmə portalına ilin ilk 3 ayı ərzində 200 mindən çox baxış olub.

Qeyd olunmalıdır ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda bu ilin ilk üç ayı ərzində ümumilikdə 42 hərrac keçirilib. Hərraca çıxarılan dövlət əmlaklarından 260-a yaxını özəlləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019
Elektron hərrac sistemi istifadəyə verilib

Elektron hərrac sistemi istifadəyə verilib

03-07-2018
Növbəti elektron hərrac keçiriləcək

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017
Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017
10 dövlət əmlakına 49 sifariş verildi

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Dövlət müəssisələrinin hərraclarda satışı xidməti elektron formatda

Dövlət müəssisələrinin hərraclarda satışı xidməti elektron formatda

27-05-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
Onlayn hərrac keçiriləcək

Onlayn hərrac keçiriləcək

25-06-2018
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
İlk elektron hərrac keçirilib

İlk elektron hərrac keçirilib

05-07-2017
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə