Previous Next
Bağla

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019 14:23
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 yanvar tarixində növbəti hərrac keçirildi.

Xeberler.az  bildirir ki, özəlləşməyə çıxarılan dövlət əmlaklarının cəlbediciliyi budəfəki hərracda rəqabətli mühiti təmin etdi. Vətəndaşlar tərəfindən qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri üzrə ümumilikdə 16 sifariş verilmişdir. Hərracda rəqabət yaradan dövlət əmlaklarından biri Bakının Yasamal rayonu, Həsənbəy Zərdabi prospektindəki qeyri-yaşayış sahəsidir. Ümumi faydalı sahəsi 32.8 kv.m olan obyektin hərracında iştirakçılar arasında yaranan rəqabət ilkin hərrac qiymətini 2 dəfədən çox yüksəltdi. Belə ki, 4 min manat başlanğıc qiymət təyin olunmuş əmlak daha baha qiymət-10 min 500 manat təklif edən şəxs tərəfindən özəlləşdirildi. Vətəndaş marağına səbəb olan digər qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindədir. Ümumi faydalı sahəsi 147 kv.m olan dövlət obyektinin hərrac qiyməti 25 min manat olsa da, iştirakçı rəqabətli mühitdə obyekt üçün 30 min 750 manat təklif edərək hərrac qalibi oldu. Ağdaş rayonu üzrə keçirilən hərracda özəlləşdirilən qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 62.9 kv.m-dir. M.İsayev küçəsində yerləşən bu dövlət obyekti təyin olunan ilkin qiymətə özəlləşdirildi.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-2008-ci illərdir. Bu avtomobillər Mercedes, Kia, Nissan və digər markalara aiddir. Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərəbər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Belə ki, açıq hərracların gedişatını onlayn izləmək istəyən vətəndaşlar təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation). Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda müasir və optimal üsullar, əlçatan xidmətlər vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

Qeyd edək ki, komitənin təşkil etdiyi növbəti hərrac yanvarın 29-u keçiriləcək. Hərraca ümumilikdə 79 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir. Hərrac prosesinə qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019

Növbəti hərracda yüksək rəqabət

25-09-2018

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019

İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

12-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə