Previous Next
Bağla

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018 14:57
10 dövlət əmlakına 49 sifariş verildi

Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi Elektron hərrac sistemi vasitəsilə vətəndaşlar özəlləşmə prosesində daha yaxından iştirak edə bilirlər. Məkan və zaman fərqinin olmadığı hərraclarda yaradılan imkanlar şəffaf mühiti formalaşdıraraq, iştirakçı məmnunluğuna səbəb olur. Yeni və müasir üsulların istifadəsi ilə vətəndaşların hərraclarda iştirak marağı artır, fəallıq nəticəsində rəqabətli mühit yaranır. Hərraclarda iştirakçı statusu qazanan şəxslərlə yanaşı, digər vətəndaşlar da hərraclarda həm onlayn, həm də canlı formada iştirak edə bilər.

Xeberler.az  bildirir ki, dövlət əmlaklarının özəlləşdirilməsində yaradılan fürsətlərdən vətəndaşlar növbəti dəfə 13 noyabrda keçirilən hərracda istifadə etdilər. Hərraca çıxarılan əmlaklardan 10-u üzrə 49 sifariş verilmişdir. Əmlak və sifariş sayı arasında olan böyük fərq hərracda yüksək rəqabətin olduğunu göstərir. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 3 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 6 nəqliyyat vasitəsi öz sahibini tapdı. Nəqliyyat vasitələrindən 5-i üzrə ümumilikdə 44 sifarişin verilməsi hərracda rəqabətli mühit yaratdı. Sifarişçilərin fəallığı VAZ markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətlərinin 2 dəfədən çox yüksəlməsinə səbəb
oldu.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Əmlak kompleksinin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Bu kiçik dövlət müəssisəsi 2480 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Hərracda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən mağaza da özəlləşdirildi. Ümumi faydalı sahəsi 88.5 kv.m olan bu dövlət əmlakı xidmət sahəsi üzrə sahibi üçün gəlirli ola bilər. Tovuz rayonu, Dönük Qırıqlı kəndindəki 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstənin isə ümumi faydalı sahəsi 1009.9 kv.m-dir.

Qeyd edək ki, cari il ərzində komitə tərəfindən ümumilikdə 195-ə yaxın hərrac keçirilib. Elektron hərrac sisteminin üstünlükləri və dövlət əmlakları üzrə geniş çeşid vətəndaşların prosesə olan marağını və fəallığını artırıb. Bunun nəticəsində özəlləşdirilən 550-ə yaxın dövlət əmlakından 55-i rəqabətli mühitdə öz sahibini tapıb. Bu günə qədər 95-ə yaxın vətəndaş hərraca çıxarılan dövlət əmlakları üzrə elektron formada sifariş vermiş, 20-ə yaxını isə onlayn formada hərracda iştirak etmişdir.

Müasir hərracın yaratdığı şəraitdə dövlət əmlaklarını özəlləşdirmək istəyən şəxslər prosesə komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə qoşula bilər. Seçim və sifariş prosedurlarının sadəliyi, elektron mühitdə təklif olunan iştirak imkanları ilə hər kəsin hərraclarda iştiraki təmin olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019
13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018
16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

16 iyul hərracı: investorların 96 dövlət əmlakı üzrə seçim imkanı var

18-06-2019
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018
Növbəti hərracda yüksək rəqabət

Növbəti hərracda yüksək rəqabət

25-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə