Azərbaycanda “İcazə” blanklarının alınması üçün onlayn xidmət istifadəyə verilib

07-06-2023 / 11:28

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verib.

Bu barədə Xeberler.az-a nazirlikdən bildirilib.

Bu, AYNA tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilib.

“AYNA” informasiya sisteminin komponentlərindən olan “İcazə” blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən “İcazə” blankları, sifariş olunan “İcazə” blankları, həmçinin onların istifadəsi haqqında məlumatların müvafiq informasiya ehtiyatında toplanmasını təmin edir.

Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.

Elektron xidmətdən müvafiq portala daxil olaraq yararlanmaq mümkündür. Sistem vasitəsilə daşıyıcılar gücləndirilmiş elektron imza ilə özlərinin elektron kabinetlərində nəqliyyat vasitələrinə və icazələrə dair məlumatları görə və sistem üzərindən sifarişlərini edə bilərlər.

Elektron xidmət avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə