Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021 / 16:55

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,Texnologiyalarda Azərbaycan Qadınları Assosiasiyası - FEMMES DIGITALES, B.EST Solutions və BLOOM GROUP birgə “İKT-də qızlar” mövzusunda konfrans təşkil edir. Konfrans “İKT-də qızlar” Beynəlxalq Gününün 10 illik yubileyinə həsr olunub. Tədbirdə Azərbaycan, Estoniya və İngiltərədən olan və İT ilə bağlı müxtəlif sahələrdə uğur qazanan 8 peşəkar xanım bu sahədəki müvəffəqiyyətlərini bölüşəcəklər.

Konfransda açılış nitqi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru cənab Vüsal Qasımlı çıxış edəcəkdir. Onlayn konfransın əsas məqsədi qadınları İT sahəsilə bağlı təhsil, iş və peşə seçməyə, eləcə də İT sahəsində karyeralarını inkişafa cəlb etməkdən ibarətdir. Konfrans 22 aprel saat 17-də keçiriləcəck.

Qeydiyyat üçün link: https://bit.ly/32rPvMC


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə