Previous Next
Bağla

Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

06-11-2017 15:25
 Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

“Azərbaycan qadınları İKT-də - FEMMES DIGITALES (AWIC)” klubu ölkənin regionlarında azərbaycanlı qızlar və qadınlar arasında informasiya-kommunikasiya texnologiyalarının yayılması sahəsində öz fəaliyyətini genişləndirməkdə davam edir.

Xeberler.az-ın məlumatına görə, Qəbələ ASAN xidmət-də regionun məktəbli qızları üçün bir sıra tədbirlər keçirilib.

Tədbirin birinci hissəsi çərçivəsində “Azərbaycan qadınları İKT-də - FEMMES DIGITALES (AWIC)” klubunun üzvləri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, B.EST Solutions, ASAN Xidmət, MONT, Cybernet, Azertelecom, Ultra Technologies və digər şirkətlərin xanım nümayəndələri ilə Qəbələ rayonunun məktəbli qızları arasında tanışlıq baş tutub.

Klubun üzvləri informasiya texnologiyaları sahəsində öz karyera tarixçələri ilə bölüşərək, bu sahədə təhsilin perspektivləri haqqında danışıb.

Konfransın kompüter təhsilinə istiqamətlənmiş ikinci hissəsi isə beynəlxalq ixtisaslaşmış tədris mərkəzi olan STEP Azerbaijan İT-Akademiyasının iştirakı ilə keçirilib.

Məşğələlər zamanı xanıım iştirakçılar robotların və digər avtomatlaşdırılmış test mexanizmlərinin yığılması prosesi ilə əyani şəkildə tanış olaraq, bu sahədə ilkin bacarıqlara sahib olub.

Tədbir çərçivəsində Qəbələ rayonunun məktəbli qızları arasında İT startapı üçün ən yaxşı ideya müsabiqəsi keçirilib.

Günün ikinci yarısında isə konfrans iştirakçıları nəticələrin qiymətləndirilməsinə başlanıb. 5 məktəbdən iştirakçı olan 76 xanım şagirddən ibarət komanda arasında keçirilən müsabiqənin nəticələrinə görə qaliblərə konfransın sponsoru və şirkətlərin xanım iştirakçıları tərəfindən xüsusi sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

FEMMES DIGITALES klubunun təsisçilərindın olan Yana Krimpenin sözlərinə görə, Qəbələdə bilikli, həvəsli və motivasiyalı qızlar var:

 “Mən Qəbələdə bilikli, həvəsli və motivasiyalı qızları gördükdə çox təəccübləndim. Əminəm ki, tezliklə siz müsabiqədə iştirak edən qızlar tərəfindən həyata keçirilən ideyaların şahidi olacaqsınız. Bu artıq FEMMES DIGITALES klubunun reallaşdırdığı ikinci tədbirdir. Qeyd etmək istəyirəm ki, ölkənin gəncləri çox inkişaf edir və bizi yeni planlar qurmağa ruhlandırır".

O qeyd edib ki, Bakıda gənclərin daha çox imkanları var:

"Bizim vəzifəmiz öz imkanlarımız çərçivəsində regiondakı xanımları əhatə edərək, onları öz ideya və qabiliyyətlərini həyata keçirmək üçün motivasiya etmək və yol göstərməkdən ibarətdir. Biz, tələbələr arasında startap üzrə çoxlu yarışmaların şahidi olmuşuq, lakin ilk dəfə olaraq bunu 12 yaşlı məktəblillər üçün keçirdik. Onların ideyalarının reallaşdırılma səviyyəsində olmasına çox təəccübləndim”.

Qeyd edək ki, konfrans ASAN Xidmət-in Qəbələ Mərkəzində Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi, FEMMES DIGITALES klubunun təşkilatçılığı ilə baş tutub.

Tədbirin baş sponsoru isə Gilan Holding olub.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKT Qadınlar Klubu Masallıda ilk regional  tədbir keçirib-Foto

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016
Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

18-05-2018
İKT xanımlar üçün regional konfrans keçiriləcək

İKT xanımlar üçün regional konfrans keçiriləcək

18-10-2017
FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016
“Femmes Digitales”  məktəbli  qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015
İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016
Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017
İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016
FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015
İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016
Qadınlarının İKT Klubu yaradılır

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014
İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015
İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016
İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

09-09-2015
Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021
Bakıda beynəlxalq  İKT-də Qadınlar Günü qeyd ediləcək

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016
Femmes Digitales-in təşkiltçılığı ilə 5-ci regional tədbir keçirilib

Femmes Digitales-in təşkiltçılığı ilə 5-ci regional tədbir keçirilib

05-11-2019
Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019
Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016
Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

10-03-2015
İKT Qadınlar klubu ilin hesabatını verəcək

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015
İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015
Qadınların İKT Klubu yaradıldı

Qadınların İKT Klubu yaradıldı

04-12-2014
“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə