Previous Next
Bağla

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016 19:21
Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

Azərbaycan Qadınlarının İKT Klubu - FEMMES DIGITALES aprelin 28-də ADA universitetində ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş İKT-də Qızlar Beynəlxalq Gününü qeyd edib.

Xeberler.az-ın məlumatına görə, klubun Microsoft Azərbaycan şirkəti ilə birgə “Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda keçirdiyi konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin İT və Mühəndislik Məktəbi (SITE), ölkədə fəaliyyət göstərən bir neçə şirkət, eləcə də Azercell Telekom tərəfindən dəstəklənib.

Konfransdan əvvəl iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla şəxsən ünsiyyət qurmaq imkanı əldə edərək, onları maraqlandıran suallara cavab ala biliblər.

Azercell Telekom-un Texnologiyalar Departamentinin direktoru, klubun təsisatçılarından biri olan Xavər Babazadə də gənc xanımlara İnformasiya Texnologiyaları sahəsində karyera tarixçəsindən və bu sahədə çalışmağın özəlliklərindən söhbət açıb.

Tədbir ərzində başlıca müzakirələr Azərbaycan qızları və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın artırılması, yerli biznes sektorunda çalışan İKT şirkətləri və bu sahədə təhsil imkanları yaradan ali məktəblərlə qadınlar üçün akademik və karyera imkanlarının təqdim edilməsi və s. kimi məqamlar olub.

Konfransda, həmçinin, Azercell şirkətinin Texnologiyalar Departamentinin İnformasiya Xidmətləri bölümünün rəhbəri Ramin Orucov çıxış edərək, qadınların İKT sahəsində rolundan və gündəlik həyatda professional inkişaf və ailə öhdəliklərini bir arada uğurla cəmləşdirməyi bacaran xanımlardan söhbət açıb.

Azərbaycan Qadınlarının İKT Klubu - FEMMES DIGITALES sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq xanımı birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd müxtəlif görüşlər və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini artırmaq və bu sahədə onlara dəstək  göstərməkdir. İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan Azercell də bu istiqamətdə gənclərimizə öz dəstəyini göztərməkdə davam edir. 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015
Bakıda beynəlxalq  İKT-də Qadınlar Günü qeyd ediləcək

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016
FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016
İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016
“Femmes Digitales”  məktəbli  qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015
Qadınların İKT Klubu yaradıldı

Qadınların İKT Klubu yaradıldı

04-12-2014
İKT Qadınlar klubu ilin hesabatını verəcək

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015
Qadınlarının İKT Klubu yaradılır

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014
İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

02-10-2015
İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016
FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015
İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016
İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015
İKT Qadınlar Klubu Masallıda ilk regional  tədbir keçirib-Foto

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016
“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015
Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

10-03-2015
8 Martla birgə, "İKT qadınlar" layihəsi gəlir

8 Martla birgə, "İKT qadınlar" layihəsi gəlir

06-03-2015
İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi

İKT Qadınlar Klubunun “Summer Camp” tədbiri keçirildi

20-09-2015
Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019
İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

09-09-2015
İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

15-02-2016
“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015
İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015
İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə