Previous Next
Bağla

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

05-01-2012 14:44
Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

Speedtest şəbəkəsini yaradan Ookla şirkətinin NetIndex reytinqinə əsasən, Azərbaycan internetində daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil edir.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə şirkətin məlumatında deyilir.

Bakı üzrə bu göstərici 2,83 Mbit/s, Sumqayıt şəhəri üzrə 2,99 Mbit/s təşkil edir.

Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.

Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187578 unikal IP ünvan seçilib.

Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 4,59 Mbit/s (“Eurosel” şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s (“Datacell”) olub.

Azərbaycan çıxan trafikin reytinqinə görə 120-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulurlar. Bakı üzrə bu göstərici 0,98 Mbit/s, Sumqayıt üzrə isə 1,26 Mbit/s təşkil edir.

Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət-provayderləri və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində AzEduNet), minimal sürət isə 0,37 Mbit/s (Azerbaijan Data Network) qeydə alınıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Günzdün fikrincə isə bu nəticə heç də qənaətbəxş deyil, əksinə ölkədə son dövrlər xeyli müzakirələrə səbəb olan internetin keyfiyyətsizliyinin göstəricisidir. "Speedtest şəbəkəsi internetin sürət məsələləri ilə bağlı dünyada oturuşmuş beynəlxalq qurumlardan biridir. Bu qurumun açıqladığı nəticələr isə daim öz obyektivliyi ilə seçilib. Son nəticələrə görə Azərbaycan İnternetinde daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil etməsi isə çox təəssüf edici bir məqamdır. Çünki qurumun hesabatında Azərbaycanda internetə daxilolma ( download) trafikinin orta sürəti  2,75 Mbit/s təşkil etdiyi halda, Gürcüstan və Ermənistanda bu göstəricilər 6,58 və 4,15 Mbit/s -dir. Rusiyada bu rəqəm 11.61 , Ukraynada 18.45, Türkiyədə isə 6.62 Mbit/s-dir. Bu isə onu göstərir ki, Azərbaycan regionda ən aşağı göstəricilərə malikdir və internet sahəsində potensial imkanlar yetəri qədər istifadə olunmur".

Qeyd edək ki, NetIndex reytinqinə əsasən internetə daxilolma (download) trafikinin orta sürətinə görə Estoniya 45.73 Mbit/s sürətlə liderdir.

 
Ellada

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Azərbaycanda daxil olan trafikin orta sürəti artıb

15-04-2013

Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

16-06-2021

Azərbaycanda daxil olan trafikin orta sürəti açıqlanıb

04-03-2013

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.20 Mbit/s təşkil edir

01-08-2013

Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşıb

04-11-2013

Azərbaycanda noyabrda mobil internetin sürəti azalıb

16-12-2021

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

22-04-2021

Azərbaycan NetIndex reytinqində 4 pillə aşağı düşdü

18-04-2012

Cənubi Qafqazın ən zəif mobil interneti Ermənistanındır

20-08-2024

Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

19-05-2015

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015

İnternet trafikin sürətinə görə Azərbaycan son pilləyə düşdü

24-11-2012

İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30-04-2020

Avropada ən sürətli internet hansı ölkədədir?

13-10-2016

Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

26-12-2017

CityNet internet qiymətlərini endirdi

19-03-2018

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015

2017-ci ildə evlərə 100 meqabitlik İnternet çəkiləcək

18-05-2015

“Bakı Telefon Rabitəsi” MMC GPON texnologiyasının tətbiqi istiqamətində dəyişiklik edib

10-08-2022

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfədən çox artıb

15-02-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə