Previous Next
Bağla

Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

22-04-2021 16:08
Azərbaycanda mobil və sabit internetin sürəti açıqlanıb

Bu ilin mart ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 35,50 Mbit/s təşkil edib.

Xeberler.az-ın "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici fevral ayı ilə müqayisədə 0,9% artıb.

Cari ilin martında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti fevral ayının göstəricisi ilə müqayisədə 5,1 azalaraq 15,10 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 48,40 Mbit/s və 12,60 Mbit/s təşkil edib.

Mart ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 1 pillə geriləyərək 64-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə, liderlərin ilk üçlüyünə BƏƏ (178,52 Mbit/s), Cənubi Koreya (170,52 Mbit/s) və Qətər (167,40 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin mart ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 22,74 Mbit/s, çıxış sürəti isə 24,73 Mbit/s təşkil edib. Bu göstəricilər ötən ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq 2,9 və 3,3% azalıb.

Mart ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 177 ölkə arasında 1 pillə geriləyərək 120-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (234,40 Mbit/s), Tailand (230,59 Mbit/s) və Honkonq (224,73 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 98,67 Mbit/s və 53,22 Mbit/s olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

16-06-2021

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020

Azərbaycanda noyabrda mobil internetin sürəti azalıb

16-12-2021

Cənubi Qafqazın ən zəif mobil interneti Ermənistanındır

20-08-2024

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

Azərbaycanda daxil olan trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşıb

04-11-2013

İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30-04-2020

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.20 Mbit/s təşkil edir

01-08-2013

Azərbaycanda daxil olan trafikin orta sürəti açıqlanıb

04-03-2013

Avropada ən sürətli internet hansı ölkədədir?

13-10-2016

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015

Azərbaycanda daxil olan trafikin orta sürəti artıb

15-04-2013

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?

05-01-2012

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfədən çox artıb

15-02-2025

Azərbaycanın dünyada internetin sürətinə görə reytinqi açıqlandı

07-01-2021

Dünyanın ən sürətli internetinə sahib ölkələrin siyahısı

19-05-2015

Ən sürətli İnternet hansı ölkədədir? -Reytinq

26-12-2017

Azərbaycan sabit genişzolaqlı internetin sürəti üzrə irəliləyib

16-01-2025

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

18-01-2023

CityNet internet qiymətlərini endirdi

19-03-2018

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

19-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə