Previous Next
Bağla

Azərbaycanda iPhone-lar üçün 5G aktiv olundu-Azercell lisenziya aldı

27-03-2023 23:37
Azərbaycanda iPhone-lar üçün 5G aktiv olundu-Azercell lisenziya aldı

Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı Azercell iPhone smartfonları üçün 5G lisenziyasını əldə etdi

Ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində təqdim edən Azercell, artıq Apple şirkəti ilə də bu istiqamətdə əməkdaşlığa imza atır. Lider mobil operator 5G texnologiyasını iPhone istifadəçiləri üçün də əlçatan edir.

Azercell-in şəbəkə keyfiyyətinin yoxlanılmasını və müvafiq test işlərini yekunlaşdıran texnologiya nəhəngi, mart ayının 28-dən etibarən ölkədə 5G dəstəkli proqram təminatını istifadəyə verir.

Azercell abunəçiləri bütün Fəvvarələr Meydanı boyu smartfonlarının ekranında  *595#YES yığmaqla 5G texnologiyasını sınaqdan keçirə bilərlər.

Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir. 

Qeyd edək ki, hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq. 

Qeyd edək ki, 5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi üçün imkanlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır

07-04-2023

Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

27-12-2022

Azercell “iPhone 16”nı təqdim edir

07-10-2024

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell-dən "iPhone 13" telefonları əldə edin 50GB pulsuz mobil internetdən yararlanın

09-10-2021

iPhone 13 smartfonları artıq Azercell Eksklüziv mağazalarında!

15-10-2021

Azercell iPhone 12 və iPhone 12 Pro alan abunəçilərə internet hədiyyə edir

06-11-2020

iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında

26-11-2020

Azercell-dən yeni iPhone 13 modelləri alana 50GB internet paketi hədiyyə!

01-04-2022

Yeni iPhone SE modelləri Azercell Eksklüziv-də təqdim olunur

16-05-2020

Azercell ən yaxın zamanda 5G şəbəkəsinin istifadəsinə hazırlaşır!

05-10-2022

Azercell-dən “iPhone” kampaniyası

06-01-2026

Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

12-11-2019

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

25-01-2020

Azercell-dən yeni smartfon kampaniyası

02-05-2017

Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

23-01-2025

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə

20-10-2018

Azercell-dən yeni sərfəli iPhone 6S kampaniyası

30-09-2016

Azercell “AI Chat Bot” xidmətini təqdim edir

20-12-2024

Azercell-dən yeni sərfəli kampaniya

16-11-2017

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə