Previous Next
Bağla

Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

12-11-2019 17:34
Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

Rəqəmsal dünyanı Azercell ilə yarat! – Ölkənin lider mobil operatoru Azərbaycanı yeni bağlantı erasına yüksəltmək vədinə sadiq olduğunu nümayiş etdirir.

Xeberler.az bildirir ki, ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq.

Azercell özünün daimi tərəfdaşı - Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alındı.

5G şəbəkəsinin demo istifadəsi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq!

Dekabr ayından etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.

5G - müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcəkdir.

Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaqdır.

Pilot mərhələsində 5G xidməti Azercell tərəfindən ödənişsiz təqdim olunacaq və xidmətin ölkə boyu kommersiya istifadəsinə veriləcəyi ana qədər müxtəlif innovativ
texnoloji həllər ilə əlaqəli kompleks sınaq işlərinin aparılması davam etdiriləcəkdir. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Həmçinin Azercell-in Azərbaycanda hər bir istifadəçiyə beşinci nəsil şəbəkəsinin üstünlüklərini göstərmək və yaxın etmək iqtidarında olduğunu sübut edir.

Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alındı. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

27-12-2022

Azercell-in Rəqəmsal Dünyası Lənkəranda

22-08-2019

Azercell-in Rəqəmsal Dünyası Şimalda

07-08-2019

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

25-01-2020

Azərbaycanda iPhone-lar üçün 5G aktiv olundu-Azercell lisenziya aldı

27-03-2023

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır

07-04-2023

Azercell-dən regionlar üçün sürətli mobil internet

17-05-2018

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016

"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib

23-04-2021

Bakı və Abşeronda mobil internetin sürəti 30 faiz artacaq

30-10-2021

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Rəqəmsal Dünya bölgələrdə layihəsinin səfərləri davam edir

15-08-2019

Azercell -dən yeni smartfon kampaniyaları-Foto

12-10-2016

Azercell-dən bölgələrdə olan istifadəçilərə şad xəbər

18-11-2017

Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

10-08-2020

Xankəndi artıq "Azercell" in əhatə dairəsində!

01-10-2023

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Bölgələrdə 4G-yə qoşul, Azercell-dən hədiyyə qazan

24-11-2017

Azercell ən yaxın zamanda 5G şəbəkəsinin istifadəsinə hazırlaşır!

05-10-2022

"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə