Previous Next
Bağla

Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

27-12-2022 09:33
Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

Azercell Bakıda beşinci nəsil şəbəkəsini test rejimində istifadəyə verdi

Xeberler.az bildirir ki, 5G dəstəkli Huawei, Xiaomi, OnePlus və Poco smartfonlarının sahibləri Fəvvarələr Meydanında yeni texnologiyanı sınaqdan keçirə bilərlər

Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik! strateji məqsədinə sadiq qalan Azercell Bakıda ilk 5G şəbəkəsini test rejimində işə salır.

Xatırladaq ki, 2019-cu ildə 5G-nin pilot şəbəkəsini Azərbaycanda sınaqdan keçirən ilk mobil operator məhz Azercell olub. Şirkət yüksəksürətli yeni nəsil şəbəkəsini Tağıyev küçəsində yerləşən xidmət mərkəzində öz müştərilərinə nümayiş etdirib. Hazırda isə lider mobil operator beşinci nəsil rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verir.

5G lisenziyalı mobil cihazların sahibləri telefonlarının ekranında  *595#YES yığmaqla istifadə etdikləri data paketləri çərçivəsində 5G sürətini sınaqdan keçirə bilərlər. Əlavə olaraq, lider mobil operatorun elan etdiyi xüsusi 5G kampaniyası çərçivəsində 31 yanvar 2023 tarixə kimi 5G şəbəkəsini test edən abunəçilərə 5GB həcmində internet paketi hədiyyə ediləcək. Hədiyyəlik mobil data paketini müştərilər 30 gün ərzində istifadə edə biləcək.

Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir.

Qeyd edək ki, 5G dəstəkli Apple ve Samsung smartfonlarında isə bu texnologiyadan ölkə ərazisində istifadə etmək üçün hər iki istehsalçının xüsusi lisenziyası tələb olunur. Mobil operator sözügedən lisenziyaları əldə etdikdən sonra istehsalçılar müvafiq proqram təminatlarını yeniləyəcək və bu cihazlarda da 5G-nin yüksək sürətindən yararlanmaq mümkün olacaq.

Ümumiyyətlə, 5G texnologiyası hal-hazırda öz tətbiqini daha çox böyük sənaye şirkətlərində tapır: bura avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanı və s. aid etmək olar. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsinin tətbiqi üçün də daha geniş imkanlar yaradacaq. 5G texnologiyasının istehlakçı seqmentində tətbiqinə gəldikdə isə, bu imkanlar bütün dünyada inkişaf mərhələsindədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır

07-04-2023

Azərbaycanda iPhone-lar üçün 5G aktiv olundu-Azercell lisenziya aldı

27-03-2023

Azercell Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

12-11-2019

Azercell dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

25-08-2023

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb

25-01-2020

"Azercell"in mobil internet xidmətindən istifadə son 1 ildə 30 %-dən çox artıb

03-08-2023

Azercell ən yaxın zamanda 5G şəbəkəsinin istifadəsinə hazırlaşır!

05-10-2022

Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364 faiz artırdı

28-11-2019

5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

01-02-2023

Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir 

01-10-2022

Azercell-in ölkədə neçə baza stansiyası var?

31-03-2017

Azercell 4G şəbəkəsini genişləndirir

17-06-2016

Bölgələrdə 4G-yə qoşul, Azercell-dən hədiyyə qazan

24-11-2017

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22-06-2021

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022

Azerfon LTE şəbəkəsini kommersiya istismarına verdi

20-11-2015

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi

16-07-2018

Azercell Gəncədə 4G xidməti istifadəyə verdi

15-09-2017

İlk 5G şəbəkəsinin istifadəyə verilmə tarixi məlum olub

13-09-2018

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021

5G-ni dəstəkləyən qurğuların adı açıqlanıb

16-08-2019

Azercell iPhone 12 və iPhone 12 Pro alan abunəçilərə internet hədiyyə edir

06-11-2020

Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir

13-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə