Orta statistik bir azərbaycanlı “iPhone” almaq üçün 83 gün işləməlidir.
Xeberler.az bildirir ki, bu məlumat “Picodi” ekspertlərinin dərc etdiyi növbəti "iPhone indeksi2022" indeksində yer alıb.
Ekspertlər “iPhone 14 Pro(128Gb)” smartfonun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər.
Qurumun statistikasına görə, Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib.
İndeksdə ən yaxşı vəziyyət İsveçrədədir. Bu ölkədə 4-5 gün işləməklə “iPhone” almaq kifayətdir. İdeksə görə, orta statistik amerikalı bir “iPhone” üçün 5-6 gün sərf etməlidir.
Tacikistanda isə bir “iPhone” almaq üçün təxminən yarım il işləmək lazımdır. Gürcüstanda isə bunun üçün 64 gün işləyib “iPhone”a sahib olmaq mümkündür.
İndeks məlumatlarına görə, keçmiş sovetlər birliyində ən yaxşı vəziyyət Estoniyadadır, bu ölkədə 21 gün işləyib bir “iPhone” almaq olar.
“Picodi” ekspertləri “iPhone” indeksini hazırlayarkən bu markanın telefonlarının mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə edirlər. İndeks 2018-ci ildən başlayaraq dərc olunur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri