Previous Next
Bağla

ABŞ-də təhsil alan azərbaycanlı gənclər süni intellekt əsaslı startap yaradıblar

09-04-2026 09:39
ABŞ-də təhsil alan azərbaycanlı gənclər süni intellekt əsaslı startap yaradıblar

ABŞ-nin Chicago şəhərində təhsil alan azərbaycanlı gənclər — İbrahim Cümşüdlü, Əli Şükürov və Ayhan Şahmarov “FitFindAI” adlı süni intellekt əsaslı moda texnologiyası startapı yaradıblar.

Xeberler.az məlumat verir ki, layihə ABŞ-də fəaliyyət göstərən generator Accelerator proqramı tərəfindən 1,6 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Bu isə startapın perspektivli texnologiya layihəsi kimi dəyərləndirildiyini göstərir. Proqram çərçivəsində seçilmiş startaplara 12 həftə ərzində biznes strategiyası, mentor dəstəyi, investorlarla görüşlər və ilkin investisiya imkanları təqdim olunur.

“FitFindAI” istifadəçilərə istədikləri geyimləri həm mətn vasitəsilə, həm də şəkil yükləməklə axtarmağa imkan verir. Tətbiq istifadəçinin yerləşdiyi əraziyə uyğun olaraq müxtəlif geyim markaları arasında axtarış apararaq uyğun məhsulları təqdim edir.

Hazırda layihə ABŞ bazarı üçün optimallaşdırılıb və ölkə daxilində fəaliyyət göstərir. Komanda yaxın gələcəkdə tətbiqi qlobal bazara çıxarmağı, digər ölkələrdə, o cümlədən Azərbaycanda da istifadəyə verməyi planlaşdırır.

Startap müəlliflərinin sözlərinə görə, layihənin əsas məqsədi alış-veriş prosesini sadələşdirmək, istifadəçilərə vaxt qazandırmaq və moda sahəsində yeni yanaşma formalaşdırmaqdır. Gələcəkdə platformanın daha geniş funksionallığa malik elektron ticarət həllinə çevrilməsi nəzərdə tutulur.

Hazırda komanda layihənin inkişafını sürətləndirmək və beynəlxalq bazarda mövqeyini gücləndirmək məqsədilə investorlarla danışıqlar aparır.

Qeyd edək ki, 19 yaşlı İbrahim Cümşüdlü və Ayhan Şahmarov University of Illinois Chicago, Əli Şükürov isə National Louis University tələbəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google virtual geyim sınama funksiyasını təqdim edib

25-07-2025

Crusoe startapı 1,4 milyard dollar investisiya əldə edib

27-10-2025

Azərbaycanlı startapçılar Çilidə

20-10-2015

Startap komandamız ABŞ universiteti ilə danışıqlara başlayıb

01-09-2015

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

"Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb - FOTO

05-06-2023

“Yaradıcılıq, İnnovasiya və Sahibkarlıq” layihəsinin ilkin mərhələsi yekunlaşıb

06-08-2025

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

02-09-2025

Hər kəs bilik və təcrübələrini paylaşa biləcək

06-03-2015

Digital Startup Awards proqramının qrand-finalı keçirilib

17-12-2025

Cənubi Koreya Azərbaycanda innovasiyaların inkişafına 2 milyon ABŞ dolları dəyərində qrant ayırdı

20-07-2022

Azercell və ADA-nın “İdeya İnkubasiyası Proqramı”nın finalı baş tutub

18-06-2025

Azərbaycanlı təsisçinin startapı beynəlxalq yarışmanın qalibi olub

29-08-2025

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022

AppLab-ın iştirakçısı startap müsabiqəsində qalib oldu

20-06-2017

Google Hindistanda məlumat mərkəzi tikəcək

06-04-2026

Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

04-10-2018

Google-dan startaplara 50 min dollarlıq dəstək

17-12-2015

Google süni intellekt əsaslı yeni alətini təqdim edib

24-05-2025

“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə veriləcək

17-11-2025

AİM “Gənclər üçün innovasiya proqramı”nı təqdim edir

28-04-2026

BDU komandası Çində startap yarışmasında iştirak edir

31-10-2024

“Enterprise Azerbaijan” yeni startap məktəbinin infosessiyalarına başlayır

21-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə