“WhatsApp” mesencerinin tərtibatçıları səsli və videozənglər üçün səs-küyün azaldılması funksiyasının inteqrasiyasına başlayıblar. Bu yenilik “WhatsApp”ın “Android” üçün son beta versiyalarından birində aşkar edilib. Bu isə o deməkdir ki, yaxın vaxtlarda səs-küyün azaldılması funksiyası tətbiqin stabil versiyalarında da görünə bilər.
Xeberler.az “WABetaInfo” portalına istinadən məlumat verir ki, səs-küyün azaldılması aktivləşdirildikdə fon səsləri avtomatik olaraq filtr ediləcək, bu da “WhatsApp”da danışıqları daha aydın edəcək. Məsələn, həmsöhbətlərdən biri küçədə və ya ictimai nəqliyyatda olduqda, söhbətin digər iştirakçısı onu daha yaxşı eşidəcək. Səs-küyün azaldılması seçimi istifadəçinin istəyi ilə mesencerin ayarlarında aktivləşdirilə və ya deaktiv edilə bilər. Müvafiq keçid zəng menyusuna əlavə olunub. Səs-küyün azaldılması funksiyası əvvəlcədən aktivdir.
Yeni funksiya beta sınaqçıları üçün mərhələli şəkildə təqdim olunur. Əgər səs-küyün azaldılması funksiyasının sınaqları problemsiz keçərsə, yaxın həftələr və ya aylar ərzində “Android” qurğularında “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri üçün əlçatan ola bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları