Previous Next
Bağla

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026 18:56
Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

Dövlət qurumlarının mobil tətbiqlərinin bağlanaraq bütün xidmətlərin vahid platforma üzərindən təqdim olunması planı müəyyən risklər yaradır.

Xeberler.az bildirir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşıb.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial mobil tətbiqinin dayandırılması və xidmətlərin myGov platformasına inteqrasiyası bu istiqamətdə atılan addımlardan biridir. Ekspertin sözlərinə görə, gələcəkdə digər dövlət xidmətlərinin də tam şəkildə bu platformaya köçürülməsi gözlənilir.

Osman Gündüz qeyd edib ki, rəqəmsal xidmətlərin vahid platformada təqdim olunması strateji baxımdan doğru addım olsa da, bu prosesin riskləri kifayət qədər nəzərə alınmalıdır. Onun sözlərinə görə, hazırda bir çox dövlət resursunun Digital Login üzərindən işləməsi və son vaxtlar baş verən texniki problemlər göstərir ki, bir nöqtədə yaranan nasazlıq bütün xidmətlərin dayanmasına səbəb ola bilər.

Ekspert vurğulayıb ki, e-Sosial, Mobil Notariat, e-Vergi, Smart Customs, e-Təbib, e-Polis kimi sistemlərin də myGov platformasında birləşdirilməsi bu riskləri daha da artırır. Belə hallarda xidmətlərin dayanması vətəndaşlar və biznes üçün hüquqi və maliyyə problemləri yarada bilər.

O əlavə edib ki, myGov platforması üzrə miqrasiya prosesinə başlamazdan əvvəl sistemin dayanıqlılığı təmin edilməli, müvafiq auditlər aparılmalı və təhlükəsizliklə bağlı normativ baza gücləndirilməlidir. Ekspert bu platformanın artıq kritik infrastruktur kimi qiymətləndirilməli olduğunu bildirib.

Bununla yanaşı, Osman Gündüz qeyd edib ki, platformanın inkişafında xarici şirkətlərlə əməkdaşlıq məsələsi də əlavə risklər yaradır və bu, rəqəmsal suverenlik baxımından diqqətlə qiymətləndirilməlidir.

Ekspert sonda aidiyyəti qurumları miqrasiya prosesi və təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyətə daha geniş məlumat verməyə çağırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

03-04-2026
e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

01-05-2026
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

“mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

01-06-2026
 "e-Su" tətbiqi fəaliyyətini dayandırır

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
Ekspert: mygov vahid vitrinə çevrilərsə, xidməti formalaşdıranların  təşəbbüskarlığı azala bilər

Ekspert: mygov vahid vitrinə çevrilərsə, xidməti formalaşdıranların təşəbbüskarlığı azala bilər

12-02-2026
"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026
MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

09-06-2026
Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

Osman Gündüz: Vətəndaşların "Mygov"a yerləşdirilən məlumatları "Rəqəmsal sənəd" statusu qazanıb

17-09-2024
Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

01-06-2026
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

Şahin Əliyev: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

17-09-2024
Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026
“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
MyGov sisteminin ilkin təqdimatı keçiriləcək

MyGov sisteminin ilkin təqdimatı keçiriləcək

11-03-2019
"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026
Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə