Previous Next
Bağla

Azərbaycanda İT auditinin aparılması təklif olunur

21-04-2026 18:30
Azərbaycanda İT auditinin aparılması təklif olunur

Ali Audit Orqanlarının (AAO) Beynəlxalq Təşkilatının (INTOSAI) əsas tövsiyələrindən biri informasiya texnologiyaları (İT) auditi aparılması olsa da, Hesablama Palatası bunu tətbiq etmir, halbuki ondan istifadə nəzarətin miqyasının genişləndirilməsinə imkan yarada bilər.

Xeberler.az məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, Palatanın ötən il apardığı 43 auditin 70 %-i uyğunluq auditidir: "Səmərəlilik və maliyyə auditindən çox uyğunluq auditi aparılıb".

Deputat əlavə edib ki, xüsusilə rəqabətli tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər müşahidə olunur: "Hesabatda rəqabətli satınalmaların 43 %-dən çoxunda bu fərqin 20 %-dən artıq olduğu göstərilir. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir, dövlət satınalmalarında süni intellektdən istifadəni aktuallaşdırır".

"Hesabatda qeyd olunduğu kimi, 2025-ci ildə audit və analitik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntularda büdcə qanunvericiliyinin pozulması halları 51,6 % olub. 2024-cü ildə bu rəqəm 45,1 % idi. Sual olunur, büdcə qanunvericiliyinin təkmilləşdirildiyi, rəqəmsallaşmanın genişləndirildiyi şəraitdə bunun səbəbləri nədir?", - deyə V.Bayramov vurğulayıb.

O, Palatanın həyata keçirdiyi 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75,5 %-də büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlindiyini söyləyib: "Eynilə, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin payı 75 %-dir. Keçirilən auditlərin 74 %-dən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır.

2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərər məbləği 2024-cü illə müqayisədə 50 %-dən çox artaraq 170,4 milyon manat olub. Bir il ərzində büdcəyə zərəri 50 % artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınmasına dair nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 %-nin bərpası ilə bağlı qərar qəbul etsə də bu göstərici 2025-ci ildə 60 % olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?"

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkar edilib

22-04-2026

Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

03-04-2023

Bəzi audit tədbirləri elektron formada olacaq

11-05-2018

Sosial şəbəkələrdə rəqabət qanunvericiliyinin pozulması halları araşdırılacaq

11-09-2023

Azərbaycanda büdcə prosesi tam elektronlaşdırıla bilər

16-11-2022

Hesablama Palatası Fondun 2016-2017-ci illərdəki fəaliyyətini audit edib

19-10-2018

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025

Azərbaycanda Elektron Büdcə sistemi yaradıla bilər

31-05-2018

İnformasiya texnologiyalarının auditi təlim proqramı tamamlanıb

11-04-2019

Rusiyanın Hesablama Palatası ilə videokonfrans keçirilib

17-04-2019

Elektron satınalmaların ümumi məbləği 3 dəfədən çox artıb

25-12-2024

Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

07-07-2022

Dövlət Auditi İnformasiya Sisteminin qurulması üzrə son vəziyyət açıqlanıb

24-02-2026

Azərbaycanda 12,7 min yeni telefon nömrəsi istifadəyə verilib

25-05-2017

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022

Nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2 minə çatdırılıb

10-01-2025

Azərbaycanda nəqliyyat və rabitə xərcləri 58 faiz artırılır

16-10-2023

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

Elektron satınalmaların ümumi satınalmalarda payı açıqlanıb

31-01-2023

"Microsoft": Azərbaycanda süni intellektdən istifadə səviyyəsi artıb

22-01-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

25-11-2025

Təchizatçıların vahid reyestrinin yaradılmasını təklif edilib

30-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə