Özbəkistan Hesablama Palatası dövlət maliyyə nəzarətinin səmərəliliyini artırmaq məqsədilə süni intellekt və rəqəmsal texnologiyaların audit prosesinə inteqrasiyasını sürətləndirir.
Xeberler.az məlumat verir ki, bu barədə Özbəkistanın ali audit orqanının baş müfəttişi Xuşniddinxon Camalov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə bildirib.
Baş müfəttiş qeyd edib ki, son dövrdə ən əhəmiyyətli yeniliklərdən biri audit sisteminə süni intellekt texnologiyalarının daxil edilməsidir. "Bu istiqamətdə Hesablama Palatasında xüsusi Süni İntellekt və Rəqəmsal Transformasiya qrupu təsis olunub. Süni intellekt maraqlar toqquşmasının, əlaqəli tərəflərin və uyğunluq risklərinin müəyyənləşdirilməsində əhəmiyyətli funksiya daşıyır. Keçən ay Hesablama Palatasının süni intellekt platforması fəaliyyətə başlayıb. Bu platforma risklərin təhlili, anomaliyaların aşkar edilməsi və qərar qəbuletmə prosesində auditorlara köməklik göstərir. Süni intellekt auditorun əvəzedicisi deyil, onun potensialını gücləndirən vasitədir", - deyə X.Camalov vurğulayıb.
O həmçinin əlavə edib ki, gələn mərhələdə platformanın funksional imkanları daha da genişləndiriləcək, 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək və sistemin ümumi səmərəliliyi artırılacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları