Previous Next
Bağla

Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

25-11-2025 19:19
Hesablama Palatası: Süni intellekt texnologiyalarının inkişafı ali audit orqanlarının rolunu artırır

Süni intellekt texnologiyalarının inkişafı və rəqəmsal keçid, eləcə də iqlim dəyişikliklərinə qarşı mübarizə - zamanın tələblərinə cavab verən, aktual və strateji əhəmiyyət daşıyan məsələlərdir. Bu sahələrdə effektiv nəticələr əldə etmək üçün ilk növbədə, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi zəruridir. Bu kontekstdə ali audit orqanlarının rolu getdikcə artır.

Xeberler.az-ın məlumatına görə, Hesablama Palatasından verilən açıqlamada bildirilib ki, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı yalnız özəl sektor üçün deyil, dövlət idarəçiliyi və ictimai xidmətlər sahəsində də ciddi dəyişikliklərə yol açmaqdadır.

“Süni intellektin audit proseslərinə inteqrasiyası - istər böyük verilənlərin təhlili, istərsə də qabaqlayıcı nəzarət sistemlərinin qurulması baxımından - auditin effektivliyini xeyli artıracaq. Eyni dərəcədə vacib olan iqlim dəyişiklikləri və onunla bağlı risklər - artıq təkcə ekoloji deyil, sosial və iqtisadi sabitliyə təsir göstərən qlobal çağırış kimi qəbul olunur. Bu risklərə qarşı həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi ciddi resurs tələb edir. Həmin vəsaitlərin məqsədyönlü, şəffaf və nəticəyönümlü istifadəsi üçün isə ali audit orqanlarının nəzarət funksiyaları həlledici əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də beynəlxalq təşəbbüslərə fəal dəstək verir. Ölkəmizin ötən il COP29-a ev sahibliyi etməsi həm milli, həm də qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizə əzmimizin göstəricisidir”, - deyə qurumun açıqlamasında vurğulanıb.

Qeyd olunub ki, bu təşəbbüslərin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji baxışının və davamlı dəstəyinin nəticəsidir. Prezidentin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal idarəetmə və ekoloji davamlılıq sahəsində ardıcıl islahatlar aparılır, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsipləri daha da möhkəmləndirilir. Bu isə ali audit orqanının ictimai maraqların qorunmasında və milli inkişaf prioritetlərinin reallaşmasında daha fəal mövqe tutmasına imkan yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət edib

Prezident ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət edib

18-07-2025
Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

Özbəkistanda 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək

17-06-2026
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir

Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir

17-07-2025
Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

Gənclər innovativ fikirləri və texnoloji həlləri ilə iqlim dəyişikliklərinə qarşı mübarizədə dönüş yarada bilərlər

24-10-2024
Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024
“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

“Gənclərin rəqəmsal iqlim inqilabında iştirakının dəstəklənməsi” adlı tədbir keçirilib

16-11-2024
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib

18-06-2026
“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

“İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu" adlı panel müzakirə keçirilib

11-11-2024
“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

“İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” elmi-praktik konfrans keçirilib

08-12-2025
“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

04-09-2024
Azərbaycan və Misir süni intellektin auditdə tətbiqini müzakirə edib

Azərbaycan və Misir süni intellektin auditdə tətbiqini müzakirə edib

30-10-2025
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18-06-2026
Təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkar edilib

Təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkar edilib

22-04-2026
Bəzi audit tədbirləri elektron formada olacaq

Bəzi audit tədbirləri elektron formada olacaq

11-05-2018
“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar”  mövzusunda tədbir keçirilib

“Azerconnect Group”un dəstəyi ilə “Süni intellekt və innovasiyalar” mövzusunda tədbir keçirilib

03-10-2024
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

Nigar Arpadarai: Qadınların hər sahədə irəli getməsi dövlət siyasətinin bir hissəsidir

07-12-2024
Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

07-07-2022
Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə