Previous Next
Bağla

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016 16:29
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzi-ndə Youth Inc.Business Academy Akselarasiya Proqramının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, sərgi çərçivəsində keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev proqram çərçivəsində görülən işlər, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üçün dəstək verilən layihələrdən söz açıb.

Qeyd edilib ki, Youth Inc. Proqramı Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Coca-Cola şirkəti və ilə birgə təşkil olunub. Proqram Azərbaycanda “Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərin öz biznesinin yaradılmasına dəstək məqsədi daşıyır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə startap hərəkatı təşəbbüsünün ilk dəfə olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən irəli sürüldüyünü, gənc innovatorlara dəstək məqsədilə başladılan hərəkatın artıq xeyli genişləndiyini diqqətə çatdırıb.

Nazirlik tərəfindən bu sahədə həyata keçirilən  tədbirlərin davamlı xarakter aldığını vurğulayan nazir müavini Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun startapların inkişafına yönələn fəaliyyətləri haqda məlumat verib.

Daha sonra tədbirin digər təşkilatçıları Coca Cola, Nobel Oil şirkətlərinin nümayəndələri, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək, Youth Inc.Business Academy  Akselarasiya Proqramı ilə bağlı fikirlərini bölüşüblər.

 Çıxışların ardınca proqram iştirakçılarının mükafatlandıma mərasimi keçirilib.

Tədbirin sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı və Youth Inc  Gənclərin Sahibkarlıq Proqramı arasında Anlaşma memorandumu imzalanıb. Sənədi Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev imzalayıblar. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni  Biznes İnkubasiya Mərkəzi açılıb

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015
Startaplar üçün qlobal konqresdə iştirak  imkanı

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016
Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019
Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019
Prezident startaplara dəstəyin vacibliyindən danışıb

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016
Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016
Azərbaycan startapları üçün daha bir imkan

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016
Gənc sahibkarlar üçün  biznes təlimləri başa çatıb- Foto

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016
Youth Inc. mükafata layiq görülüb

Youth Inc. mükafata layiq görülüb

07-08-2019
 Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017
Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016
“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015
Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019
Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016
New Generation Pitch Day təşkil olunacaq

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019
Növbəti “Youth to Business Forum”u keçirildi

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015
Gənclər üçün yeni sayt!  WWW.YOUTH-AZ.COM

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008
“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019
Bakıda Startap Günləri  keçirilir - Yenilənib

Bakıda Startap Günləri keçirilir - Yenilənib

06-11-2015
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022
Spartakiadanın qalibləri mükafatlandırılıb

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019
Twitter-də Oyunlara dəstək olanlar  mükafatlandırılıb

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə