Azərbaycanda “Trendyol”a qarşı tədbirlər görülə bilər

23-02-2023 / 15:22

Türkiyənin Azərbaycanda ən çox onlayn satış bazarına malik olan "Trendyol" platformasının Azərbaycanda haqsız rəqabət yaratması riskləri var. 

Xeberler.az bildirir ki, bu barədə Bakıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin təşkil etdiyi konfransda Xidmətin nümayəndəsi Cavid Süleymanov bildirib. 

Onun sözlərinə görə, əgər araşdırmalar "Trendyol"un haqsız rəqabətə yol verdiyini aşkar edərsə, bu patformaya qarşı tədbirər görülə bilər. 

Bu tədbirlərdən biri "Trendyol"un Azərbaycanda nümayəndəliyinin açılması, illik dövriyyə satış həcminin azı 30-40%-i qədər məhsulun Azərbaycandakı anbarlarda saxlanması və eləcə də gömrük vergi və rüsumlara cəlb edilməsi ola bilər. 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.