Previous Next
Bağla

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024 17:47
Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyev "Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Xeberler.az bildirir ki, fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Müəyyən edilir ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilənədək Agentilk Xidmətin mövcud əsasnaməsi, strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi tətbiq edilməklə fəaliyyət göstərir.

Xidmətin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək mövcud əsasnamələri (nizamnamələri) əsasında Agentliyin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar kimi fəaliyyətlərini davam etdirirlər.

Nazirlər Kabinetinə Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində, eləcə də Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edilməsi tapşırılıb.

Bundan başqa, Nazirlər Kabineti Xidmətin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməli və Azərbaycan Prezidentinin 26 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə fərmanında Xidmət üçün nəzərdə tutulmuş maliyyələşmənin qalıq hissəsinin Agentliyə ayrılmasını təmin etməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

12-02-2025

Prezident Iqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edib

23-10-2019

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb

24-02-2026

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025

Nazirliyin Əsasnaməsi və strukturu təsdiq edildi-Fərman

12-01-2018

MTRŞ ləğv edilir, audiovizual Şura yaradılır

08-02-2022

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

Əhali və sahibkarlara göstərilən xidmətlər üzrə sahələrin rəqəmsallaşdırılmasına başlanılıb

17-02-2021

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib

16-03-2020

İki nazirlik ləğv olundu - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı

13-02-2017

Azərbaycanda daha bir neçə dövlət orqanının idarə edilməsi təkmilləşdirilir

18-01-2019

Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 faiz artıb

10-04-2025

Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

01-05-2025

Ekoloji nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün tədbirlər görüləcək

28-12-2018

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

Dövlət Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

14-07-2022

Mətbuatın 150 illiyi ilə bağlı intellektual yarış keçirilib

08-07-2025

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə