Previous Next
Bağla

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019 18:23
Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb.

Məlum olduğu kimi, fərmanda, iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yenidən formalaşan İqtisadiyyat Nazirliyinin gələcək fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıb:

“Ötən gün Prezident haqsız rəqabətlə bağlı olduqca sərt çıxış etdi. Haqsız rəqabəti “böyük yara” adlandırdı. Məmurların öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxardığını və bəzi hallarda hətta şərlədiyini qeyd edib. Sahibkarların məcbur olub ya bizneslərini satdıqlarını, ya da, sadəcə, biznesdən çıxıb getdiklərini vurğulayıb. Düşünürəm ki, çox ciddi, sərt mesajlardır. Yəqin ki, cavabdehlər üçün təsirsiz ötüşməyəcək.

Dünən həm də Prezident fərmanı ilə haqsız rəqabətə, inhisarçılara qarşı “vuruşmalı” olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini Mikayıl Cabbarovun rəhbərlik edəcəyi yeni nazirliyin tərkibinə daxil edib.

Bundan sonra bu qurum Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti olaraq fəaliyyət göstərəcək.

Ötən ilin aprelində Prezident istehlak bazarına nəzarət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaratmışdı. Lakin ötən müddət göstərdi ki, bu qurum işləyə bilmədi. Onun heç əsasnaməsi və strukturu da təsdiqlənmədi və köhnə statusla fəaliyyət göstərdi. Ona görə də Prezident ötən gün imzaladığı fərmanla bu qurumu köhnə statusuna qaytardı və yeni təyin olunan nazirə bu sahədə ciddi addımların atılması üçün tapşırıq verdi.

Bir sıra dövlət qurumlarında, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bir neçə - kommersiya, tənzimləmə və idarəetmə fuknksiyaları cəmləşib. Güman ki, digər sektrolarda da bu tip hallar var.

Yeni nazir Mikayıl Cababrov dövlət qurumlarının bu funksiyalarını ayıra biləcəkmi? Əlbəttə çox çətin görünür. Amma ortada Prezidentin siyasi iradəsi və qəti tapşırığı var. Buna əsasən ümid edirəm ki yaxın zamanlarda bu sahədə, rəqabətli mühitin formalaşmasında, məmur-deputat biznesinə son qoyulmasında ciddi irəliləyişlər olacaq”.

Osman Gündüz bir neçə aydan sonra telekommunikasiya sektorunda Müstəqil Tənzimləyici Qurumun yaradılması ilə bağlı Strateji Yol Xəritəsinin tələblərinin yerinə yetiriləcəyinə də ümüd etdiyini qeyd edib: “Ümid edirəm 3 çağırış parlamentin 13 il ərzində qəbul edə bilmədiyi (daha doğrusu biznesmen deputatların və məmurların rədd etdiyi) Rəqabət Məcəlləsi də yeni formalaşan İqtisadiyyat nazirliyinin səyi ilə qəbul ediləcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025

Prezident Iqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edib

23-10-2019

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024

Reklam fəaliyyətinə nəzarətlə bağlı İşçi qrup yaradılacaq

04-11-2022

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Agentliyə çevrilib

12-02-2025

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Hökumətin Antiinhisar qurumu varmı ?

22-07-2019

Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

07-10-2022

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022

Ekspert: Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcək?

13-02-2025

Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

24-05-2022

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Əhali və sahibkarlara göstərilən xidmətlər üzrə sahələrin rəqəmsallaşdırılmasına başlanılıb

17-02-2021

Dövlət Xidməti 4 ayda 3 500-ə yaxın müraciət qəbul edib

30-05-2023

Azərbaycanda elektron siqaretlərlə bağlı dövlət standartı qəbul ediləcək

25-07-2023

"Aztelekom” və “Baktelecom" qiymətlərlə manipulyasiya edir?

07-12-2022

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026

Azərbaycanda "Apple" nişanlarından qanunsuz istifadə edilir-Xəbərdarlıq

13-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə