Previous Next
Bağla

Azərbaycanda turizm obyektlərində internetin keyfiyyəti niyə aşağıdır?

16-08-2023 23:11
Azərbaycanda turizm obyektlərində internetin keyfiyyəti niyə aşağıdır?

Azərbaycanın turizm sektorunda müsbət tendensiyalar müşahidə olunsa da, regionlarda hələ də internet bağlantısı ilə bağlı problemlər qalmaqdadır.

Xüsusilə meşə massivlərində, dağlıq zonalarında yerləşən turizm obyektlərində bu problem daha da qabarıqdır. Bu isə öz növbəsində turistlər arasında bir çox hallarda ciddi narazılığa səbəb olur.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi “Report”a bildirib ki, turizm obyektlərində internetin aşağı sürətdə olması ümumiyyətlə ölkə üzrə mövcud olan məsələdir:

“İnternetin keyfiyyəti dedikdə yalnız onun sürəti nəzərdə tutulmur. Burada bir sıra göstəricilər var ki, ümumilikdə keyfiyyətli xidməti xarakterizə edir - təhlükəsizlik, əlçatanlıq, keyfiyyətli yayım və dəstək, yükləmə sürətləri, PİNG (şəbəkələrdə qoşulmaları TCP/IP əsasında yoxlamaq üçün istifadə olunan utilitdir) göstəricisi və s. İctimai istifadə üçün nəzərdə tutulmuş internetin keyfiyyətinin aşağı olması nəinki turizm məkanlarında, həmçinin şəhərin müxtəlif ictimai yerlərində də - parklarda, nəqliyyatda və s. müşahidə olunur”.

S.Dübəndi bildirib ki, üst seqmentdə çalışan hotellərdə, turizm istirahət və sağlamlıq mərkəzlərində internetin keyfiyyəti bir çox hallarda qənaətbəxş olur:

“Digər müəssisələrdə isə internet o qədər də keyfiyyətə cavab vermir. Düşünürəm ki, bunun bir neçə səbəbi var. İlk növbədə qeyd etdiyim kimi, internetin keyfiyyətinin aşağı olması ölkə üzrə mövcud olan problemidir.

Digər tərəfdən müşahidə edirik ki, internet xidmətlərinin keyfiyyətini təmin edilməsi üçün zəruri hesab edilən qaydalara, protokollara, avadanlıqların quraşdırılması kimi tələblərə riayət edən müəssisələrin sayı azdır. Yəni bu sahədə də boşluq var.

Misal üçün, hotelin hər mərtəbəsində, restoranda, lobbidə rahat və keyfiyyətli internetin təmin edilməsi üçün tələb edilən routerlər, modemlər və digər ötürücü avadanlıqlar quraşdırılmır. Ya sifarişçi qənaət edir, yaxud da bu işləri görmək üçün ixtisaslaşmış şirkət dəvət edilmir".

Assosiasiya rəhbəri hesab edir ki, internetin ictimai məkanlarda, nəqliyyatda, çimərliklərdə, turizm və sağlamlıq mərkəzlərində keyfiyyətini artırılması üzərində müvafiq qurumlar düşünməlidirlər:

“İnternetin əlçatanlığı və keyfiyyəti turistlərə və onlara xidmətlər təklif edən şirkətlərə bir çox imkanlar yaradır.

Yeni yaranan və yaxud ikinci nəfəs görən turizm destinasiyalarının inkişafı planlarında həmin məkanlarda keyfiyyətli internetin əlçatanlığını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu işləri təmin etmək üçün müvafiq qurumlar arasında müzakirələr və qərarlar qəbul olunmalıdır”.

Onun sözlərinə görə, mobil internetin keyfiyyəti hazırda daha üstündür, yalnız mövcud qiyməti onun daha geniş istifadəsinə yol vermir.

"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov “Report”a bildirib ki, turizm obyektlərində internetin bölgüsü düz aparılmır:

“Azərbaycanda hər bir turizm obyektində internet kvotası problemi var. Məsələn, obyekt 100 meqabitlik kvota alır, amma orada istifadəçilərin sayı çox olduğundan internetin keyfiyyəti aşağı düşür. Bu, internetin hesablanmasının düzgün aparılmamasına görə baş verir. Əgər bu problem aradan qalxsa, düşünürəm ki, turizm obyektlərində internetin keyfiyyəti də düzələcək.

Turizm obyektində internetin keyfiyyəti həm də biznes marağıdır. Hər bir obyekt müstəqil şəkildə internet paketini özü seçir. Onlar istəsə, yuxarı sürəti digər alternativ internet paketlərində də istifadə edə bilərlər. Bu sahibkarın biznesinə yatırdığı büdcədən asılıdır. Yəni daxildəki olan avadanlıqlar, internet paylayıcıları düzgün bölünməlidir".

Səslənən problemlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-dən “Report”a bildirilib ki, qurum xüsusi olaraq biznes subyektləri üçün nəzərdə tutulan və fiber-optik xətlər üzərindən təmin olunan Ayrılmış İnternet Kanalı (AİK) xidmətini təklif edir.

“Aztelekom” müştərilərə müxtəlif internet sürətindən ibarət bir neçə tarif paketi təklif olunur və müvafiq tövsiyələr verilir. Müştərilər öz növbəsində biznes ehtiyaclarından irəli gələrək internet sürətini özləri seçir”.

Bildirilib ki, vətəndaşların genişzolaqlı internetə çıxışlarının təmin olunması üçün irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.

“Aparılan işlərin məntiqi nəticəsi olaraq ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda əvvəlki aylarda olduğu kimi müsbət dinamika davam edir. “Ookla” şirkəti tərəfindən iyul ayında dərc edilən ən son hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə sürətin 20,91 Mbit/s-dən 29,14 Mbit/s-ə dəyişdiyi qeyd olunur”, - açıqlamada deyilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10-03-2025

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

Hotellər üçün minimum internet standartları tətbiq olunacaq

27-01-2026

«Azərbaycan internetin sürətinə görə lideridir

08-09-2010

Nazir müavini internetin sürətinin aşağı olmasına münasibət bildirib

06-11-2019

Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır

15-01-2023

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

Mehmanxanalarda İnternetin keyfiyyəti monitorinq olunub

10-06-2015

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

Azərbaycan internetin sürətinə görə dünya reytinqində 141-ci olub

11-07-2019

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

“ İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq”

30-06-2016

Əli Abbasov: 130 min ailəyə pulsuz tüner verilə bilər

19-06-2012

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024

Avropada ən sürətli internet hansı ölkədədir?

13-10-2016

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-12-2022

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə