Previous Next
Bağla

Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

09-10-2018 16:58
Azərbaycanda internetin sürəti niyə çox zəifdir?

“Ümumiyyətlə, provayderlər tərəfindən istehlakçılara verilən internetin qiymətini bazar müəyyənləşdirir. Ancaq Azərbaycanda internet bazarında problemlər var. Belə ki, dövlət provayderlərinin internet bazarında payı 50 faizdən çoxdur”.

Xeberler.az  bildiriri ki bu sözləri  sonxeber.az-a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

Dövlət provayderləri bazarı ələ keçirib

Onun sözlərinə görə, “Aztelecom”, “Bactelecom” və “Azercell” bazardakı payın yarısından çoxuna sahibdirlər və bunlar dövlətin provayderləridirlər: “Və bazardakı qayda-qanunları da bazarın özü deyil, bazar payının yarısından çoxunu tutan dövlət provayderləri müəyyənləşdirir. Bizdə bir qədər anormal vəziyyət var”.

O. Gündüz hesab edir ki, dövlət provayderlərinin bazar payındakı çəkisi 50 faizdən çox olduğuna görə qiymətlərin tənzimlənməsinə və internetin keyfiyyətinə dövlət nəzarət etməlidir: “Əks halda internetə görə qiymətin endirilməsi və keyfiyyətin yaxşılaşdırılması mümkün deyil”.

İnternetin qiymətini endirmək mümkündür?

AİF Prezidenti internetin qiymətinin endirilməsi mümkünlüyü məsələsinə toxunaraq qeyd edib: “Azərbaycanda internet qiymətlərinin aşağı düşməsinin tarixçəsinə baxsaq görərik ki, qiyməti bazar endirmir, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edir. Həmişə belə olub. Nazirlik öz provayderlərinə tapşırıq verir, onlar qiyməti aşağı salırlar, sonra da özəl provayderlər eyni addımı atırlar”.Provayderlər kef edirlər

Ekspertin fikrincə, hazırda Azərbaycanın internet bazarında xoşagəlməz tendensiya var: “Artıq hamı elə bil ki, mövcud nəzarətsizlik şəraitdən istifadə edərək öz işindədir. Bu sahədə ya dövlət nəzarəti yetərincə deyil, ya da ictimai nəzarət imkanları kifayət etmir. Belə olan halda provayderlər düzünü desək kef edirlər. Yəni istehlakçıların hüquqlarını pozurlar, müqavilədə göstərilən internet sürətini vermirlər, qiymətləri baha saxlayırlar və s”.

İstifadəçilər məhkəməyə müraciət etməlidirlər

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna nəhayət son qoymalıdırlar: “İnternet istifadəçiləri isə keyfiyyətli xidmətin göstərilməsi üçün son instansiya olaraq məhkəməyə müraciət etməlidirlər”.

Azərbaycan üzrə göstərici biabırçı rəqəmdir

AİF prezidenti diqqətə çatdırıb ki, Azərbaycanda internetin sürəti və keyfiyyəti digər ölkələrlə müqayisədə olduqca aşağıdır: “Azərbaycanda hətta adambaşına düşən orta internet sürəti əvvəlki illərlə müqayisədə aşağı düşüb. Əvvəllər bizdə orta sürət 3-4, 5 meqabitin ətrafında olduğu halda indi statistakaya əsasən, söhbət 2,5 və 2,8 meqabitdən gedir. Bu artıq anormal vəziyyətdir, izahı yoxdur. Dünyada orta göstərici 7-8, Avropada isə təqribən 40 meqabitdir. Belə olan halda Azərbaycan üzrə göstərici hədsiz dərəcədə biabırçı rəqəmdir. Qonşu ölkələrlə müqayisə etikdə bizdə internetin sürəti olduqca aşağı və qiymət kifayət qədər bahadır. Aidiyyəti qurumlar bunun fərqində olmalıdırlar”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Ölkəmizdə internetin sürəti, keyfiyyəti ilə bağlı problemlər var”

25-11-2009

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

Ekspert: Azərbaycanda internetlə bağlı yenilik olacaq?

25-06-2020

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Azərbaycanda internet qiymətlərindəki dəyişiklik hiss olunmayacaq dərəcədə cüzidir

08-12-2008

Ekspert: Provayderlər açıq-aşkar istehlakçıların hüquqlarını pozur

31-03-2020

Ekspert: "Provayderlər internet istifadəçilərinə kələk gəlir"

15-04-2020

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

İnternet qiymətləri kəskin düşərsə AİF, RİTN qarşısında piket keçirməkdən imtina edə bilər

22-01-2009

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Osman Gündüz: \"İnternet istifadəçiləri aldadılır \"

02-04-2014

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Nazirlikdən ittihamlara cavab: - “Qiymət bizlik deyil"

19-05-2020

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

“Provayder istifadəçiyə sürətli internet verməyə borcludur”

30-10-2014

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018

“İnternetin qiymətini artırmağa fürsət gözləyirlər”

16-01-2016

Qonşuda 5 manata olan sürətli internet, bizdə 300 manatdır - Araşdırma

01-10-2015

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə