Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” may ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib. Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,95 Mb/s, mobil internetin median sürəti isə 96,65 Mb/s olub.
Xeberler.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 12,70 Mb/s (16,03 %), mobil internetin sürəti isə 22,82 Mb/s (30,91 %) artıb.
Paytaxtların müqayisəsinə gəlincə isə mayda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,19 Mb/s, mobil internetin median sürəti isə 117,08 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 13,33 Mb/s (16,90 %), mobil internetin sürəti isə 26,20 Mb/s (28,83 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları