Previous Next
Bağla

Azərbaycanda nağdsız ödənişlərlə bağlı hansı işlər görülür? -ŞƏRH

15-12-2022 16:25
Azərbaycanda nağdsız ödənişlərlə bağlı hansı işlər görülür? -ŞƏRH

Nağdsız ödənişlərin artımı kölgə iqtisadiyyatının miqyasının azalmasına təsirini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadənin şərh edib.

Xeberler.az həmin məqaləni təqdim edir:

Azərbaycanda son illər kölgə iqtisadiyyatı ilə mübarizədə əhəmiyyətli addımlar atılıb. Müvafiq dövlət qurumları nağdsız əməliyyatların istehlakçılar və biznes subyektləri arasında əhatə dairəsinin genişləndirilməsi məqsədilə tədbirlər planları icra edirlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Nicat Hacızadə qeyd edir ki, 2016-cı ildə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nu da qəbul edilən bu qərarlar sırasındadır. Onun sözlərinə görə sosial-iqtisadi inkişaf istiqamətində hökumət ilə müvafiq monetar institutlar qarşısında duran tədbirlərə kölgə iqtisadiyyatına qarşı ölkə daxilində mübarizə və nağdsız əməliyyatların ev təsərrüfatları və biznes subyektləri arasında geniş yayılması, habelə ödəmələr istiqamətində maliyyə infrastrukturunun təkmilləşdirilməsi kimi prioritetlər daxildir. 

Mərkəzi Bankın müvafiq verilənlərinə əsasən, 2022-ci ilin oktyabr ayında manat ilə pul bazası yanvar ayı ilə müqayisədə 18,7%, nağd pul dövriyyəsi isə 20,9% artıb. Habelə, banklardan kənar pul kütləsi (M0) yanvar ayı ilə müqayisədə 22% artım qeyd olunur. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 2022-ci ilin oktyabr ayında 75,7% təşkil edib. Yanvar ayında isə bu rəqəm 74,8% qeydə alınıb. Bu o deməkdir ki, nağd pul kütləsinin dövriyyədə çox olması nağd əməliyyatlara olan meyilliliyi göstərir. Lakin, 2021-ci ilin nisbətinə baxdıqda ötən illərlə müqayisədə inkişaf meyillərini görə bilərik.

Belə ki, 2021-ci ildə nağd pul kütləsinin pul bazasında nisbəti 62,3% təşkil edib ki, bu göstərici 2020-ci il ilə müqayisədə 16,4 bənd daha aşağıdır. Nağd pul dövriyyəsinin həcminin yüksək olması kölgə iqtisadiyyatı ilə mübarizənin orta və uzunmüddətli dövrdə davamlı olmasını bildirir. Pul kütləsinin 18,8% artmasının əsas tətikləyici qüvvəsi 27,6% artan müddətsiz hesablardır. Müddətsiz hesablar nağd pul dövriyyəsinə tələb əsnasında tez çevrilmə xüsusiyyətinə malikdir.

Belə ki, 2022-ci ilin oktyabr ayının sonu üçün ödəniş kartlarının sayı 12 milyon 925 min ədəd təşkil edib. Bu da 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 21,1% daha çoxdur. Yanvar ayında isə sözügedən rəqəm 11 milyon 273 min ədəd olmaqla 2021-ci ilin yanvar ayı ilə müqayisədə 19,8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20.2%, kredit kartları üzrə 27.6% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əmək haqqı kartlarının sayı 95 min, kredit kartları 368 min, digər kartlar isə 1.8 milyon ədəd artıb.

İİTKM-in departament rəhbəri bildirir ki, müddətsiz hesabların əhəmiyyətli artımında həm ötən illə müqayisədə, həmçinin cari ilin yanvar ayı ilə müqayisədə nəzərəçarpacaq artım müşahidə edilir. Bu artımlarda debet və kredit kartları, əmək haqqı kartları vasitəsilə artımların da mühüm payı vardır. Bu o deməkdir ki, insanlar arasında nağdsız ödəniş mədəniyyəti yüksəlməkdədir. Təbii ki, burada əsas fərdi şəxslərin deyil, biznes subyektlərinin əhəmiyyətli payı vardır. Biznes köçürmələrinin artımı da nağdsız əməliyyatların əhatə dairəsinin genişlənməsinə səbəb yaradıb.  Habelə, iqtisadiyyata kredit qoyuluşlarının 16% artımı da pul kütləsinin cari hesablar vasitəsilə artımında əsas rol oynayır.

Kommersiya bankları tərəfindən təşviq edilən debet və kredit kartları əhali arasında ciddi marağa səbəb olub. Dövlət və ya özəl bankların öz debet və kredit kartlarının müştərilər arasında geniş yayılması istiqamətində marketinq və reklam kampaniyaları aparılır. Müxtəlif kommersiya banklarının potensial müştərilərin qazanılması istiqamətində apardıqları rəqabət debet və kredit kartlarının insanlar üçün üstünlüklərini və qazanclarını artırır. Nəticə etibarı ilə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən ödəniş kartlarının ev təsərrüfatları və sahibkarlıq subyektləri arasında istifadə miqyası genişlənir.

2022-ci ilin oktyabr ayı ərzində 2,3 milyard manatlıq nağdsız ödənişlər həyata keçirilib. Bu rəqəmin 76,2%-i elektron ticarətin tərkibinə daxildir. Habelə, 23,7% POS terminalların, qalan hissəsi isə ödəniş terminalları vasitəsilə həyata keçirilib. Nağdsız əməliyyatların miqyasının genişləndirilməsi şəffaflıq və hesabatlıq nöqteyi nəzərdən önəmlidir. 



ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kart vasitəsilə edilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb

25-02-2025

Azərbaycanda ödəniş kartlarının sayı 13 milyonu ötüb

25-01-2023

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Azərbaycanda ödəniş kartlarının sayı 20%-ə qədər artıb

21-08-2023

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

25-07-2023

Ötən il ödəniş kartlarının 80 faizi təmassız ödənişləri dəstəkləyib

10-03-2025

Nağdsız ödənişlərin 87 faizdən çoxu elektron ticarətin payına düşüb

30-08-2025

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022

Azərbaycanda Visa Cashless Forum-u keçirilib

12-02-2020

Azərbaycanda nağdsız ödənişlərin həcmi 2 dəfə artıb

19-04-2023

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Ötən il “Apple Pay” və “Google Pay” ilə edilən ödənişlər 2 dəfə artıb

10-03-2025

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri artıb

31-10-2022

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017

Azərbaycanda dövriyyədə olan bankomat və POS-terminalların sayı açıqlanıb

10-03-2025

“Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq"

20-02-2023

Naxçıvanda nağdsız əməliyyatların ümumi məbləği 3 dəfə artıb

28-04-2023

Hökumət ödəniş portalı üzərindən əməliyyatların 66 faizi nağdsız formada aparılıb

26-04-2023

Azərbaycanın ticarət şəbəkəsində nağdsız ödənişlər üzrə dövriyyə artıb

04-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə