"Twitter" sosial şəbəkəsi
«Twitter» sosial şəbəkəsi 2007-ci ildə Cek Dorsi, Biz Stoun və Evan Villiams tərəfindən yaradılıb. Şəbəkənin hazırda 110 milyondan çox istifadəçisi var. Amma Azərbaycanda «Twitter»ə maraq o qədər də yüksək səviyyədə deyil. «Twitter» ölkəmizdə müəyyən kütlə arasında yayılıb. Qeyri-rəsmi məlumata görə, hazırda Azərbaycanda 2000-ə yaxın «Twitter» istifadəçisi var. Çoxları sosial şəbəkədə qeydiyyatdan keçsə də, ondan istifadə etmirlər.
Görəsən «Twitter» nəyə görə Azərbaycanda populyarlaşmadı?
Bu sualla İnternet aləminin tanınmış simalarına müraciət etdik. Veb-developer Şaiq Muradov «Twitter»in ümumi kütlə arasında yayılmamasını belə izah edir: İnsanlar «Twitter»dən lazımınca istifadə edə bilmədilər. «Twitter» elə bir şeydirki, gərək onun yararını özün kəşf edəsən. İnsan özü bunu dərk edə bilməsə, onları başa salmaq olmayacaq. Bizim istifadəçilərə isə yazı oxumaq, linklərə keçmək maraqlı gəlmədi. Digər tərəfdən «Twitter» daha çox mobil saytdır. Və ondan daha çox Smartfonla və həmin cihazlar üçün yazılmış proqramlar sayəsində rahat istifadə etmək olur. Azərbaycanda isə iPhone , Android, Blackberry kimi yüksək inkişaf eləmiş mobil cihazlar çox yayılmayıb. Bundan başqa dil faktoru da var. Nəzər alsaq ki, «Twitter»də Azərbaycan, Rus və Türk dilləri yoxdur, bu da bizim istifadəçiləri sosial şəbəkədən uzaq salır. Xatırlamaq yetər ki, Facebook ancaq ingilis dilli olan vaxtlarda onun yayılma səviyyəsi necə zəif idi. İndi «Twitter»də həmin mərhələdir. Hal-hazırda «Twitter» istifadəçiləri advanced internet userlər və daha çox İKT sahəsində fəaliyyət göstərən insanlardır. Əgər zaman içində «Twitter» öz populyarlığını itirməsə, Azərbaycanda da yəqinki yayılar.
Blogger İlqar Mirzə isə «Twitter»in məşhurlaşmamasının səbəbini “Facebook”da görür: Əsas səbəb «Twitter» mikrobloq platformasının Azərbaycanda bazarına daxil olduğu zaman “Facebook”un öz xarici görünüşünü dəyişərək «Twitter»ə uyğunlaşdırması oldu. Mobil İnternetin baha olması da amillərdən biri ola bilər, çünki bir sıra ölkələrdə «Twitter»ə məhz mobil telefondan daxil olurlar. Digər tərəfən, Azərbaycan auditoriyası «Twitter»in funksiyasını (mikrobloq sistemi kimi) tam başa düşməməsi də bir amildir. Məhz bu səbəbdən hal-hazırda Azərbaycandan “Twitter” istifadəçilərinin sayı azdır. Amma say az olsa da, keyfiyyət (informativ baxımdan) nisbətən yüksəkdir. Nəticə olaraq, mən hesab etmirəm ki, «Twitter» artıq keçmişdə qalıb - məncə «Twitter»in Azərbaycan bazarındakı rolu və payı hələ qabaqdadır.
Sonda gəlin ümid eliyək ki, müsahiblərin sadaladıqları problemlər aradan qalxacaq və “Twitter” sosial şəbəkəsi də Azərbaycanda ən az “Facebook” qədər məşhurlaşacaq.
Hacıbəy Heydərli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri