Twitter sosial şəbəkəsi Honkonqda ofis açmaq niyyətindədir. Bu barədə mikrobloq şəbəkəsinin vitse-prezidenti Şaileş Pao bildirib. Twitter-i ilk növbədə Honkonq və Tayvanda yerləşən şirkətlər maraqlandırır.
Xeberler.az-ın məlumatına görə, Twitter-in
nümayəndəliyi 2015-ci ildə fəaliyyətə başlayacaq. Hazırda şirkətin Seul, Sidney
və Tokioda ofisləri var.
Şirkətin mətbuat xidməti bildirib
ki, Twitter-in əsas məqsədi yerli reklam şirkətlərini və tərəfdaşları əməkdaşlığa
cəlb etməkdir.
Çində Twitter-in Sina Weibo şəbəkəsi,
Line, Whatsapp və Wechat kimi rəqibləri mövcuddur.
Gəlirlərinin əsas hissəsi reklam
payına düşən Twitter 2014-cü ildə mədaxili 361 milyon dollar təşkil edib.
Mənbə: mincom.gov.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri