Azərbaycanın «KÜR» müəssisəsi yeni informasiya köşklərinin istehsalına başlayıb

18-11-2008 / 17:28
Azərbaycanın fərdi kompüter avadanlıqları istehsalçısı olan «KÜR» müəssisəsi yeni informasiya köşklərinin istehsalına başlayıb. Bu barədə «APA-ECONOMICS»ə «KÜR» şirkətinin elmi texniki mərkəzinin rəisi İlkin Süleymanov məlumat verib.
İ.Süleymanovun sözlərinə görə, iki ekranlı olan yeni informasiya köşkləri artıq cari ilin sonunda satışa çıxarılacaq. Köşklərin istehsal həcmi sifarişdən asılı olacaq. İ.Süleymanov onu da qeyd edib ki, 1 köşkün yığılmasına üç gün sərf olunur.
«Bundan başqa bizim müəssisədə foto-köşklərin istehsalı da həyata keçirilir ki, həmin köşklər dəmir pul qəbul etmək imkanına malikdir. Bizim müəssisə kağız pul qəbul edən köşklərin istehsalına da hazırdır, lazımi avadanlıq və proqramlarımız var. Hər şey sifarişdən asılı olacaq», - deyə müəssisə rəsmisi bildirib.
Qeyd edək ki, «KÜR» elektron avadanlıqları istehsalat müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən Mingəçevir şəhərində yaradılıb. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. Hazırda «KÜR» müəssisəsində «KÜR» və Hewlett Packard (HP) ticarət markaları altında kompüterlər yığılır. Müəssisənin Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Goranboy, Şəki, Yevlax və Göyçayda nümayəndəlikləri fəaliyyət göstərir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə