Dell kompüter istehsalı ilə məşğul olan zavodlarını satmaq istəyir

06-09-2008 / 16:27
Dell şirkəti xərcləri azaltmaq, gəlirləri çoxaltmaq məqsədilə kompüter istehsalı zavodlarını satmaq fikrindədir. Məlumatı yayan mənbə deyir ki, Dell növbəti 18 ay ərzində bütün zavodlarını sata bilər.
Çox güman ki, zavodların alıcıları böyük Asiya şirkətləri olacaq. Şirkətin zavodları əsasən stolüstü kompüterlər sifariş edən korporativ müştərilər üçün işləyir. Lakin son üç ildə Dell müxtəlif noutbuklar istehsalına da üz tutub.
O  da istisna olunmur ki, Dell satış zamanı problemlərlə  üzləşə bilər. Müqavilə bağlayan istehsalçılar ABŞ kimi işçi qüvvəsinə dəyər verən ölkələrdə zavodların alınmasına şübhə ilə yanaşa bilərlər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə