Previous Next
Bağla

Azərbaycanın informasiya məkanına qonşu ölkədən müdaxilə olub

31-01-2025 19:03
Azərbaycanın informasiya məkanına qonşu ölkədən müdaxilə olub

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır.

Xeberler.az APA-ya istinadən məlumat verir ki, araşdırmalar zamanı Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub. Manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib. Kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. “Nə var, Nə yox?”, “Bizim Azərbaycan”, “Azerbaijan Daily”, “Xəbərlər və Hadisələr”, “Yerli media” və sair adlar altında fəaliyyət göstərən səhifələri nümunə kimi göstərmək olar: “Misal olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi ilə bağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin “xəbər” resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmış tapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldığı aşkar olunub.

Digər bir taktika isə, təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından “deepfake” (Qeyd: süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa çağırır, cəmiyyətimizi məqsədli və zərərli məlumatlardan qorumaq üçün ölkəmizlə bağlı aparılan dezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları, təbliğat formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlar yayır.

Komissiyamız aidiyyəti dövlət qurumları ilə birgə bu cür informasiya əməliyyatlarının qarşısının alınması istiqamətində fəaliyyətini daha da artıracaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Məclis Azərbaycana qarşı aparılan informasiya kampaniyasına dair açıqlama yayıb

06-08-2025

Milli Məclis: 600-ə yaxın hesabdan Anti-Azərbaycan kampaniyası aparılır

02-07-2025

Milli Məclis Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

18-06-2025

"X" platformasında COP29 əleyhinə saxta hesablardan istifadə aşkarlanıb

01-11-2024

MEDİA: XİN adından feyk məlumatlar yayılır

28-01-2025

MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

27-01-2026

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025

Müstəqil media resursları ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunub

02-05-2025

MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

25-12-2024

"Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda müzakirə keçirilib

02-05-2025

Rasim Musabəyov: Rusiya ilə kiberhücum məsələsi müzakirə edilməlidir

02-05-2025

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25-12-2024

Seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır

07-02-2024

“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

12-10-2023

Ermənilərin Azərbaycana qarşı etdiyi kiberhücumların əsas istiqamətləri açıqlanıb

30-09-2020

Sədr: Kiberhücumları yüksək səviyyədə təşkilatlanmış qruplar icra edir

02-05-2025

“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

18-11-2015

MEDİA: Kütləvi kiberhücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

20-02-2025

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022

“Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” yekunlaşıb

09-12-2025

MEDİA “Meta”ya çağırış edib

22-01-2026

Milli Məclis hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

04-05-2026

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat dərc edilib

05-02-2025

Avropa Komissiyası "Demokratiya qalxanı" təşəbbüsünü təqdim edib

12-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə