Previous Next
Bağla

“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

18-11-2015 15:47
“Yalan məlumatlar yayan KİV-lər, jurnalistlər haqqında müvafiq ölçü götürüləcək”

Yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək.

Xeberler.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib: "KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər".

Prezidentin köməkçisi deyib ki, söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək: "Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".

Əli Həsənov bildirib ki, təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar: "Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.

Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək".

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“İstifadəçilər sosial şəbəkədə düşündüyü ideyaları təbliğ edə bilər”

“İstifadəçilər sosial şəbəkədə düşündüyü ideyaları təbliğ edə bilər”

02-10-2015
İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

İnformasiya almaq və yaymaq hüququ ilə bağlı seminar keçirilib

20-05-2010
“ RYTN ilə bağlı yayılan məlumatlar bəzi hallarda özünü doğrultmur”

“ RYTN ilə bağlı yayılan məlumatlar bəzi hallarda özünü doğrultmur”

20-11-2015
Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

Mətbuat Şurası iradlardan nəticə çıxarmayan KİV-lər barədə məsələ qaldıracaq

18-11-2015
Baş Prokurorluq bəzi KİV-lərə xəbərdarlıq edib

Baş Prokurorluq bəzi KİV-lərə xəbərdarlıq edib

23-11-2015
“Baş verən hadisə söz və məlumat azadlığına, KİV-in müstəqil fəaliyyətinə təhlükə və təhdiddir”

“Baş verən hadisə söz və məlumat azadlığına, KİV-in müstəqil fəaliyyətinə təhlükə və təhdiddir”

10-08-2015
 “Əhalinin 75 faizi hər gün internetdən istifadə edir”

“Əhalinin 75 faizi hər gün internetdən istifadə edir”

16-06-2016
Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

Mətbuat Şurası jurnalistlər üçün təlim kursu keçirir

18-12-2009
Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayır

11-11-2009
Söz Azadlığını Müdafiə Fondu “Media kataloqu” hazırlayır

Söz Azadlığını Müdafiə Fondu “Media kataloqu” hazırlayır

31-10-2009
Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb

Lənkəranda Media Resurs Mərkəzi fəaliyyətə başlayıb

27-10-2009
Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat mövzusunda seminar keçirilib

Internet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat mövzusunda seminar keçirilib

27-06-2019
Tələbə problemləri KİV-də necə işıqlandırılır?

Tələbə problemləri KİV-də necə işıqlandırılır?

21-07-2009
Azərbaycanda internetə yeni məhdudiyyətlər qoyula bilər

Azərbaycanda internetə yeni məhdudiyyətlər qoyula bilər

30-01-2016
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilib

13-09-2019
“KİV-in iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi” mövzusunda təlim kursu keçirilib

“KİV-in iqtisadi tənzimlənməsi: KİV menecmenti və marketinqi” mövzusunda təlim kursu keçirilib

19-12-2009
MŞ-da tələbə problemlərinin KİV-lərdə işıqlandırılması ilə bağlı görüş keçirilib

MŞ-da tələbə problemlərinin KİV-lərdə işıqlandırılması ilə bağlı görüş keçirilib

07-12-2009
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008
"Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir"

"Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir"

21-07-2023
AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

AMEA-nın rəsmi veb-portalı onlayn rejimdə fəaliyyət göstərir

08-04-2020
Sosial şəbəkələrdə təxribat xarakterli çağırışlarla bağlı cinayət işi başlanıb

Sosial şəbəkələrdə təxribat xarakterli çağırışlarla bağlı cinayət işi başlanıb

09-07-2018
KİV-in menecment problemlərinə həsr edilmiş tədbir keçirildi

KİV-in menecment problemlərinə həsr edilmiş tədbir keçirildi

23-10-2009
Əli Həsənov: “Mətbuata qarşı inzibati resurslardan istifadə olunmayacaq”

Əli Həsənov: “Mətbuata qarşı inzibati resurslardan istifadə olunmayacaq”

25-08-2010
Dövlət elektron mediaya maddi dəstək göstərəcək

Dövlət elektron mediaya maddi dəstək göstərəcək

17-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə