Previous Next
Bağla

MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

27-01-2026 17:09
MEDİA Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib

Bir sıra xarici onlayn xəbər kanallarında və sosial media seqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatların yayılması halları müşahidə olunur. Aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiya kampaniyasının internetin rusdilli seqmentində “Tsargrad.tv” resursundan qaynaqlandığı aşkar edilib.

Xeberler.az məlumat verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) mövzu ilə bağlı açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin qeyd olunub: “Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq.

Eyni zamanda, hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvət edirik. Medianın İnkişafı Agentliyi bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

MEDİA: Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb

23-09-2025
MEDİA jurnalistləri yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

MEDİA jurnalistləri yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

04-03-2026
MEDİA hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış edib

MEDİA hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış edib

01-03-2026
MEDİA: Sosial şəbəkələrdə yayılan dezinformasiyalar məqsədlidir

MEDİA: Sosial şəbəkələrdə yayılan dezinformasiyalar məqsədlidir

10-04-2026
Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026
MEDİA: XİN adından feyk məlumatlar yayılır

MEDİA: XİN adından feyk məlumatlar yayılır

28-01-2025
MEDİA: “EekadFacts” internet resursunda yayılan məlumatlar reallığı əks etdirmir

MEDİA: “EekadFacts” internet resursunda yayılan məlumatlar reallığı əks etdirmir

10-10-2024
MEDİA: Məlumat yayarkən rəsmi mənbələrə istinad edin

MEDİA: Məlumat yayarkən rəsmi mənbələrə istinad edin

24-04-2026
MEDİA “Meta”ya çağırış edib

MEDİA “Meta”ya çağırış edib

22-01-2026
MEDİA: Azərbaycan-İran sərhədi ilə bağlı paylaşımlar dezinformasiyadır

MEDİA: Azərbaycan-İran sərhədi ilə bağlı paylaşımlar dezinformasiyadır

06-03-2026
Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

Saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb müəyyənləşir

02-07-2025
Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

11-11-2024
MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

MEDİA: Sosial mediada “deep fake” ilə hazırlanmış açıqlamalar yayılır

28-07-2025
Seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır

Seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video saxtadır

07-02-2024
MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

MEDİA: CNN-in Azərbaycanla bağlı iddiaları kobud informasiya manipulyasiyasıdır

05-06-2026
MEDİA: Kütləvi kiberhücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

MEDİA: Kütləvi kiberhücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir

20-02-2025
MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

MEDİA təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış edib

25-12-2024
MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

23-07-2025
Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparılır

Azərbaycan və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparılır

07-03-2026
Milli Məclis Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

Milli Məclis Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

18-06-2025
 Kiberməkanda saxta xəbərlərlə mübarizə üzrə təlimlərə start verilir

Kiberməkanda saxta xəbərlərlə mübarizə üzrə təlimlərə start verilir

14-08-2023
Rəşad Məcid: Süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır

Rəşad Məcid: Süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır

19-02-2025
“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

12-10-2023
Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

Yaqub Eyyubovun adından “deep fake” texnologiyası ilə açıqlama hazırlanıb

21-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə